BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
68506

"Mənim tövsiyəm, şirkətlərin hər zaman kameral yoxlamalar üçün hazırlıqlı olmalarıdır".

"Finance and Accounting" MMC şirkətinin təsisçisi Fidanə Alıyeva açıqlamasında vergi hesabatları, kameral yoxlamalar, cərimələr və təstiqlənməmiş azalmalarla bağlı şirkətlər üçün əsas təhlükələri və bu məsələlərin qarşısını almaq üçün atılması vacib olan addımları açıqlayıb.

Onun sözlərinə görə, şirkətlər, vergi hesabatlarını vaxtında və düzgün təqdim etməklə, yalnız vergi orqanları qarşısında deyil, həm də müştəriləri və tərəfdaşları qarşısında etibarlı imic yaratmış olurlar:

"Vergi öhdəliklərinin düzgün yerinə yetirilməsi hər bir şirkət üçün vacib məsuliyyətdir. Təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, vergi hesabatlarının düzgün təqdim edilməməsi, kameral yoxlamalar və vergi cərimələri şirkətlərin maliyyə vəziyyətini ciddi şəkildə təsir edə bilər. Bu problemlər yalnız şirkətin maliyyə yükünü artırmaqla qalmır, həm də hüquqi və nüfuz məsələlərini də təhlükəyə atır. Vergi hesabatları, hər bir vergi ödəyicisinin dövr ərzində qazandığı gəlirlər və vergi öhdəlikləri barədə məlumatları vergi orqanlarına təqdim etdiyi sənədlərdir. Bu hesabatlar yalnız vergi borclarının düzgün hesablanmasını təmin etmir, eyni zamanda şəffaflıq və düzgünlük baxımından da vacibdir. Şirkətlər, vergi hesabatlarını vaxtında və düzgün təqdim etməklə, yalnız vergi orqanları qarşısında deyil, həm də müştəriləri və tərəfdaşları qarşısında etibarlı imic yaratmış olurlar.

Kameral yoxlamalar, vergi orqanları tərəfindən vergi hesabatlarının doğruluğunu yoxlamaq üçün həyata keçirilən vacib yoxlama növüdür. Bu yoxlamalar zamanı təqdim edilən məlumatlarda uyğunsuzluqlar tapıla bilər və nəticədə əlavə vergi cərimələri tətbiq edilə bilər. Mənim tövsiyəm, şirkətlərin hər zaman kameral yoxlamalar üçün hazırlıqlı olmalarıdır. Vergi mütəxəssisləri ilə işləyərək hər hansı bir şübhəli vəziyyətdə vergi orqanları ilə qarşılıqlı əlaqələri düzgün şəkildə idarə etmələri lazımdır".

Vergi cərimələrindən söz açan həmsöhbətim cərimələrin yalnız maliyyə çətinliklərinə səbəb olmadığını, həm də şirkətin nüfuzunu zədələdiyini vurğulayır:

"Vergi ödəyicilərinin öhdəliklərini pozduqda tətbiq olunan maliyyə sanksiyalarıdır. Bu cərimələr, vergi hesabatlarının vaxtında təqdim edilməməsi və ya vergilərin vaxtında ödənilməməsi kimi hallarda ortaya çıxır. Cərimələr yalnız maliyyə çətinliklərinə səbəb olmur, həm də şirkətin nüfuzunu zədələyir. Vergi öhdəliklərini vaxtında yerinə yetirmək, yalnız vergi qanunvericiliyinə riayət etməklə deyil, həm də şirkətin maliyyə və hüquqi təhlükəsizliyini təmin etmək üçün vacibdir. Vergi azalmaları, vergi ödəyicisinin vergi yükünü azaltmaq məqsədilə tətbiq etdiyi güzəştlərdir. Lakin, bəzən bu azalmalar vergi orqanları tərəfindən təstiqlənməyə bilər, nəticədə əlavə vergi borcu və cərimələr ortaya çıxa bilər. Şirkətlər bu cür vəziyyətlərin qarşısını almaq üçün vergi azalmalarını düzgün şəkildə bəyan etməli və bütün müvafiq sənədləri təqdim etməlidirlər. Təstiqlənməmiş azalmalar həmçinin şirkətə əlavə hüquqi və maliyyə riskləri gətirə bilər. Şirkət rəhbərləri olaraq, vergi məsələlərinin düzgün idarə edilməsi, yalnız maliyyə təhlükəsizliyini təmin etməklə qalmır, həm də şirkətin uzunmüddətli inkişafı üçün əhəmiyyətlidir. Vergi sahəsində qarşılaşacağınız çətinliklərdən qaçınmaq və bu sahədə doğru addımlar atmaq üçün mütəmadi olaraq vergi mütəxəssislərindən və hüquqşünaslardən məsləhət almanızı tövsiyə edirəm", deyə o, qeyd edib.

©Milli.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin