BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
68489

“KAT Holdinq” MMC-nin təsisçisi və direktorunun cinayət işi üzrə məhkəmə araşdırması davam edib. Direktor məhkəmə zalında həbs edilib.

Valyuta.az "Musavat.com"a istinadən xəbər verir ki, holdinqin təsisçisi Elçin Ələkbərov həbs edilib.

İş adamı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusilə külli miqdarda ziyan vurmaqla), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinib.

Elçin Ələkbərovla birlikdə holdinqin direktoru Mail İbadov da məsuliyyətə cəlb edilib və istintaq dövründə onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Birinci instansiya məhkəməsi ona şərti cəza versə də, Mail İbadov Bakı Apellyasiya Məhkəməsində həbs edilib.

Elçin Ələkbərovun adı mətbuata haradan tanış oldu?

2021-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayıldı.

Məlum oldu ki, şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlıdır. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildirirdilər.

MİDA məsələ ilə bağlı açıqlama verərək izah etdi ki, adı çəkilən binalar “KAT Holdinq” MMC ilə bağlanmış müqavilənin şərtlərinə əsasən inşa edilməli idi.

27 saylı bina MİDA-ya təhvil verilməli, 28 və 29 saylı binalar isə “KAT Holdinq” MMC-nin sərəncamında qalmalı idi. MİDA deyirdi ki, şikayətlər məhz 28 və 29-cu binalarla bağlıdır.

Sonradan məlum oldu ki, “KAT Holdinq” MMC-nin qeyd edilən binaları təhvil verməməsinin və vətəndaşların şikayətlərinin başlamasının səbəbi holdinqin təsisçisi Elçin Ələkbərovun həbs edilməsidir.

Holdinq rəhbəri kimin şikayəti ilə həbs edilib?

Yuxarıda da qeyd etdiyimiz kimi, Elçin Ələkbərov uzun müddət tikinti sahəsində çalışıb və “KAT Holdinq” MMC-nin təsisçisidir.

Şikayət edən isə Elçin Ələkbərov həbs edilmədən 2-3 il əvvəl holdinqə şərik olan Litva vətəndaşı Povilas Pociusadır.

Razılığa əsasən, Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Pociusa 3 milyon 26 min manatı holdinqə köçürüb. Bundan əlavə, inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona veriləcəyi razılaşdırılıb. Həmçinin holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusaya verilib.

Binaların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6 mənzil, 2 obyekt, bir də zavod girov alan, holdinqə şərik olan Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.

Povilas Pociusanın 2020-ci ilin iyun ayında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciəti əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə), 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb. Lakin bunun mülki məsələ olduğu, cinayət tərkibi olmadığı müəyyən edilib və cinayət işinin başlanması rədd edilib.

Povilas Pociusa şikayətlərini davam etdirib. Sonradan isə Elçin Ələkbərova qarşı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Bununla da Elçin Ələkbərov özünün həmtəsisçisi olduğu holdinqin pulunu mənimsəməkdə suçlanıb...

Həbs edilən Elçin Ələkbərovun qardaşının, ailə üzvlərinin və digər qohumlarının əmlaklarına həbslər qoyulub.

İşin digər ilginc tərəfləri də var. Belə ki, Povilas Pociusanın tələb etdiyi məbləğ “Kat Holdinq” MMC ilə onun arasında bağlanmış rəsmi borc müqaviləsilə şirkətin aldığı borcdur. Bundan əlavə, alınan 3 milyonluq borc qarşılığında qoyulan girovun məbləği isə qat-qat artıqdır. Təkcə girov qoyulan zavodun dəyəri 5 milyon, digər girovlarla birlikdə isə 10 milyon dəyərində hesablanır.

Elçin Ələkbərov həbsinin qanunsuz olduğunu bildirir.

Onun ailə üzvlərinin əmlakının üzərinə qoyulan həbs qərarları məhkəmə ilə ləğv edilib. Lakin sonradan yenidən həmin əmlakların üzərinə həbs qoyulub.

Elçin Ələkbərov qeyd edilən cinayətləri törətməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onu mənimsəmə ittihamı ilə təqsirsiz bilib. Cəzası 11 ilə endirilib. Onun bir çox əmlakının üzərindən həbs götürülüb.

Mail İbadov isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsi qeyd edilən maddə ilə onun barəsində cəza təyin etməmişdi. İbadov Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qandallanıb.

Zərərçəkmiş Litva vətəndaşının mülki iddiası təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin