BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
68468

Qızıl qiymətlərinin artıb-azalacağı ilə bağlı suallar, bu metala qlobal səviyyədə marağı daha da artırır. ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları qlobal iqtisadiyyatda narahatlıqlara səbəb olur. Birjalar düşür, dollar digər valyutalar qarşısında zəifləyir, ABŞ istiqrazlarının satışa çıxarılması isə bazarda dollar bolluğu yaradaraq, paritelərdə dollar əleyhinə hərəkətə səbəb olur. Belə şəraitdə, qızıl bir daha diqqət mərkəzinə çevrilir.

Qızıl qiymətlərindəki son vəziyyət

Valyuta.Az xəbər verir ki, hazırda qızıl qiymətləri ticarət müharibəsi və ABŞ iqtisadiyyatında resessiya ehtimalı ilə əlaqədar olaraq yüksəlməkdədir. 2025-ci ilin əvvəlindən bəri qızıl fyuçers qiymətləri təxminən 21%, ötən illə müqayisədə isə 30% artıb. Bu həftə isə təxminən 7% artaraq, 2020-ci ilin martından bəri ən yaxşı həftəsini yaşayıb.

Əksinə, "S&P 500" indeksi bu il 11% ucuzlaşıb və illik artımı yalnız 1% civarındadır.

ABŞ və Çin arasında artan gömrük tarifləri mübahisəsi bu yüksəlişi daha da gücləndirib. ABŞ, Çin mallarına 145%, Çin isə ABŞ məhsullarına 125% vergi tətbiq edib. Bu, investorları daha təhlükəsiz aktivlərə yönəldir.

Analitiklərin fikirləri bölünür

"Wells Fargo" İnvestisiya İnstitutunun nümayəndəsi Sameer Samana qeyd edir ki, bu mərhələdə qızıl ilə bağlı maksimum nikbinlik yaşanır və indi almağa çalışanlar artıq gec qalmış ola bilər.

Eyni zamanda, "The Daily Gold" platformasının yaradıcısı Cordan Roy-Birn isə qarşıdakı illərdə qızılın daha da sürət qazanacağını düşünür: "Bəli, qızıl tarixi zirvələrdədir, lakin bu artım davam edə bilər".

Qızıla necə yatırım etmək olar?

Ekspertlər fiziki qızıl almaqdansa, qızılın qiymətini izləyən bir fonda (ETF) yatırım etməyi məsləhət görür. Bu fondlar həm təhlükəsizdir, həm də daha likviddir. Samana bildirir ki, çoxu üçün külçə qızıl dəstəklənən ETF-lər ən məntiqli seçimdir.

Əlavə olaraq, analitiklər portfelin yalnız kiçik bir hissəsinin – təxminən 3 faizinin – qızıl investisiyasına ayrılmasını məsləhət görürlər. Bu, inflyasiya və iqtisadi durğunluq şəraitində balans yarada bilər.

Fiziki qızıl və zərgərlik məmulatları

Roy-Birn fiziki qızıl almanın investisiya deyil, maliyyə sığortası kimi görülməli olduğunu deyir. Bu, xüsusilə bazar çalkantıları zamanı insanların marağını çəkir. Məsələn, "Costco" ötən ildən 1 unsiya qızıl külçələri satmağa başlayıb və bu satışlar şirkətə ayda 200 milyon dollar qazandırıb.

Bununla belə, Samana xəbərdarlıq edir ki, fiziki qızıl almaq yalnız maliyyə sisteminin tamamilə çökəcəyi qorxusu varsa məntiqli sayılır.

Zərgərlik məmulatlarına gəldikdə isə, 18 ayar və daha yüksək qızıl tərkibli incə bəzək əşyaları həm estetik zövq, həm də uzunmüddətli maliyyə faydası verə bilər. Xüsusilə "Cartier", "Van Cleef & Arpels" və "Tiffany & Co." kimi brendlər uzunmüddətli dəyər qazandıran parçalar təqdim edirlər.

Maliyyə müşavirlərinin tövsiyələri

Maliyyə müşavirləri, o cümlədən "Sun Group Wealth Partners" şirkətindən Vinni San hazırkı qeyri-müəyyənlik şəraitində müştərilərə qızıl almağı deyil, daha yüksək likvidlik qorumağı və ehtiyat fondlarını gücləndirməyi tövsiyə edir.

Atlantadan maliyyə müşaviri Li Baker bu günlərdə müştərilərin qızıla olan marağının artdığını, bunun da "qorxu ticarəti" çərçivəsində baş verdiyini deyir.

CNBC Maliyyə Müşavirləri Şurasının üzvü olan Baker portfellərə qızıl ETF-lərinin əlavə edilməsini məntiqli hesab edir. O, eyni zamanda fiziki qızılın saxlanılması, sığortalanması və təhlükəsizliyinin əlavə məsuliyyət və xərc tələb etdiyini vurğulayır.

© Qaynarinfo 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib

Tikinti şirkətlərinin fırıldaqları: "Sökəndə 2, satanda 3-4 mindən hesablayırlar"

Ramin Şükürov həbs edildi

Kimlər “Lukoyl”un hesabına milyarder olub? - Siyahı

Metroda düyməni basanlar cərimələnəcək - AÇIQLAMA

Azərbaycanda hotel bir mərtəbəsini satışa çıxardı - QİYMƏT, FOTOLAR

Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? - Fermer

Şərurlu İsfəndiyar təqsirləndirilən şəxs oldu

"Türk dövlətləri iş dünyasında yeni uğur hekayələri yazacağıq"

"Türk dövlətləri iş dünyasında yeni uğur hekayələri yazacağıq"

Video oyun şirkəti ƏDV verəcək

Bu şəxslərin pensiyasına əlavələr ediləcək

Taleh Kazımovdan yeni TƏYİNATLAR

Vergi nədir? - Azərbaycanda tətbiq olunan vergi növləri

"AzRe Təkrarsığorta”nın rəhbərliyinə yeni təyinat olub

"Apple" mavi rəngdə "iPhone" buraxacaq

Kapital Bank beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş oldu®

Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı QƏRAR

PR-çı hər zaman doğru danışmalıdır?

Vüqar Səfərliyə qaytarılan əmlaklar yenə əlindən çıxa bilər

"Puma Azerbaijan" nizamnamə kapitalını azaldır

"Ethereum"un əsasları dəyişir - Vitalik Buterindən açıqlama

"Ethereum"un əsasları dəyişir - Vitalik Buterindən açıqlama

“Putyovka” almaq istəyənlərin NƏZƏRİNƏ - Yeni qayda

Sabah Bakıda 25 dərəcə isti olacaq

Qlobal bazarlarda ABŞ aktivlərindən çıxış davam edir

Bakıda yanan maşınların pulunu kim verəcək? - AÇIQLAMA

Ağdamın 5-ci massivində 48 milyonluq tikinti işləri aparılacaq

Məktəb direktoru icra başçısına birinci müavin təyin edildi

"Avant Group" Yasamalda ağacları kəsib, 100 min ziyan vurub

Mərkəzi Banka yeni direktor təyin edildi

Mərkəzi Banka yeni direktor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin