
Banklara dövlət rüsumuna dair təlimat verildi
Azərbaycan banklarına aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumu üzrə ödənişlərin həm nağd, həm də internet bankçılıq üzərindən nağdsız qaydada ödənilməsi zamanı yalnız “e-bildiriş” əsasında qəbul edilməsi ilə bağlı təlimat verilib.
Valyuta.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirlik, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən bankların 36 əməkdaşının iştirakı ilə videokonfrans formatında görüş keçirilib.
Görüşdə Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi təqdim edilib. Qeyd olunub ki, artıq cari ilin aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay