
11.04.2025 / 23:59
AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq
68434
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) yeni tender elan edib.
Valyuta.Az xəbər verir ki, Agentliyin elan etdiyi tender sink fosfid və alüminium fosfid dərman preparatlarının satın alınması ilə bağlıdır.
Məlumata əsasən, adı çəkilən dərmanlar siçanabənzər gəmiricilərin və karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi məqsədilə alınır.
Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 803.200,00 AZN-dir.
Tender 05.05.2025-ci il saat 12:00 tarixinə qədər davam edəcək.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay