BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
68413

Azərbaycanda qeydiyyatda olan 26 siyasi partiyanın hamısı ötən ilin maliyyə hesabatını təqdim edib.

Partiyaların bəziləri həmişəki kimi boş hesabat təqdim edib və gəlirinin olmadığını bildirib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən il ən çox gəlir və xərci olan partiya olub. Partiyanın gəlirləri 3 milyon manat artaraq 35 milyon manata çatıb. Gəlir üzvlük haqqından, dövlət yardımından, çap materiallarından və qanunla qadağan olunmayan digər mənbələrdən formalaşıb.

Partiya pulun 25 milyonunu manata yaxınını xərcləyib. Vəsaitin böyük hissəsi partiyanın saxlanılmasına sərf olunub.

Digər partiyaların gəlirləri aşağıdakı kimi olub:

Ağ Partiya (sədr Tural Abbaslı) - Dövlətdən 4700 manat alıb;

Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn) - Dövlətdən 3400 manat yardım verilib;

Ədalət Partiyası (sədr İlyas İsmayılov vəfat edib) - Dövlət 3500 manat pul ayırıb;

Azad Vətən Partiyası (sədr Akif Nağı) - 3500 manat ianə verilib;

Vəhdət Partiyası (sədr Tahir Kərimli) - Dövlətdən 195 min manat yardım ayrılıb;

Demokratik İslahatlar Partiyası (sədr Asim Mollazadə) - 274 min manat dövlət yardımı alıb;

Haqq Ədalət Partiyası (sədr Əli İnsanov) - Üzvlük haqqından 1045 manat yığılıb; 

Böyük Quruluş Partiyası (sədr Fazil Mustafa) - 274 min manat dövlət yardımı, 260 manat üzvlük haqqı;  

Azərbaycan Demokratik Maarifçilik Partiyası (sədr Elşən Musayev) - 274 min dövlət yardımı, 140 manat üzvlük haqqı;

Müsavat Partiyası (sədr İsa Qəmbər) - 30 min manata yaxın gəlir (9200 manat dövlət yardımı, 14 min manat üzvlük haqqı, 6200 manat qanunla qadağan edilməyən digər mənbələr);

Yeni Zaman Partiyası (sədr Musa Ağayev) - Dövlətdən 1500 manat yardım verilib, 200 manat ianə qəbul edib;

Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı) - Dövlət büdcəsindən 337 min manat ayrılıb; 

Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Fəttayev) - Dövlət 200 manat yardım verib;  

Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə) - Dövlət 65 min manat maliyyə yardımı ayırıb, 2300 manat üzvlük haqqı toplanılıb;

Ədalət, Hüquq, Demokratiya Partiyası (sədr Qüdrət Həsənquliyev) - Dövlət 285 min manat yardım verib;

Milli Cəbhə Partiyası (sədr Razı Nurullayev) - Büdcədən 274 min manat yardım alıb;

Respublikaçı Alternativ Partiyası (sədr Natiq Cəfərli) - Dövlət büdcəsindən 274 min manat ayrılıb, 12 manat üzvlük haqqı toplanılıb;

Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı) - 274 min manat dövlət yardımı alıb;

Böyük Azərbaycan Partiyası (sədr Elşad Musayev) - 65 800 manat dövlət yardımı alıb.

Aşağıdakı siyasi partiyaların heç bir gəliri və xərci olmayıb:

Müasir Musavat Partiyası (sədr Hafiz Hacıyev);

Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Əli Kərimli);

Gələcək Azərbaycan Partiyası (sədr Ağasif Şakiroğlu);

Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu);

Azərbaycan Ümid Partiyası (sədr İqbal Ağazadə);

Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev);

©modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Təyyarədə pəncərə kənarında əyləşməyə görə əlavə pul verilməlidir? - RƏSMİ

Lider ruhlu olduğumuzu necə anlamaq olar? - 10 sual

Eyni torpaq sahəsinin iki sahibi var - Onlara çıxarışları kim verib? (VİDEO)

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Bu qəpiklər tədavüldən çıxarılır

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Makaron istehsalı 2 dəfədən çox artıb

Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq –70 yaş

Bu gün 54 mindən çox abituriyent qəbul imtahanı verir

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Məşhur kinorejissor Stenli Kubrikin evi fantastik qiymətə satışa çıxarıldı - FOTO

"Bitcoin" və altkoinlərin qiyməti düşür

Qızı üçün şəxsi sərmayə ilə qurduğu brenddən hazırda milyonlar qazanır - SƏHƏR OXUSU

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin