
ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı
2025-ci ilin yanvar-mart aylarında ölkədə 29 milyard 892 milyon manatlıq ÜDM (ümumi daxili məhsul) istehsal olunub.
Valyuta.az xəbər verir ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ÜDM-un istehsal olunması deməkdir.
Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8 faiz azalıb, lakin qeyri neft-qaz sektorunda isə 2,5 faiz artım baş verib.
Məlumata görə, ÜDM istehsalının 37,0 faizi sənaye, 10,3 faizi ticarət nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq təşkil edib.
Bundan əlavə, ÜDM-un 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,6 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,7 faizini təşkil edib. Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 2922,2 manata bərabər olub.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay