
10.04.2025 / 13:34
Həyat sığortasına maraq artır - İlk 2 ayda 110 milyon manat yığılıb
68306
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası üzrə 110 milyon 90 min manat sığorta haqqı toplanıb.
Valyuta.az xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23 milyon 15 min manat və ya 26,43% çoxdur.
Qeyd edək ki, ötən ilin hesabat dövründə həyat sığortası üzrə 87 milyon 75 min manat sığorta haqqı toplanıb.
Bu ilin hesabat dövründə həyat sığortası üzrə 69 milyon 794 min manat ödənişlər edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 milyon 748 min manat və ya 16,23% çoxdur.
2024-cü ilin yanvar ayında həyat sığortası üzrə ödənişlərin həcmi 60 milyon 46 min manat olub.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay