BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
68268

"House Project" MMC dünən 2, bu gün 1 tenderin qalibi seçilərək 2 gündə 3 qurumla müqavilə imzalayıb. 

Valyuta.Az xəbər verir ki, şirkət bu gün Hacıqabul Rayon İcra Hakimiyyəti ilə 4.199,62 AZN dəyərində satınalma müqaviləsi imzalayıb. Alacağı vəsaitin qarşılığında Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən şirkətə Hacıqabul rayonunda(magistral yol boyunca yaşayış məntəqələrində) Abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması həvalə olunub.

Xatırladaq ki, şirkət dünən də 2 müqavilə imzalayıb. Bunlardan biri Zərdab rayon İHB-nin Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə, digəri isə Culfa Rayon İcra Hakimiyyəti ilə olub. 

Birinci ilə imzalanan müqavilə Zərdab şəhərində abadlıq işlərinin layihə-smeta sənədlərinin tərtib olunması, ikinci ilə ilə imzalanan müqavilə isə Culfa şəhərində Şəhidlər Abidə Kompleksinin əsaslı təmirinin layihələndirilməsi ilə bağlı olub. 

Bağladığı müqavilələrə görə şirkətə müvafiq olaraq 5.097,6 AZN və 34.891,66 AZN vəsait ödəniləcək.

Şirkət İcra hakimiyyətləri tərəfindən elan edilən tenderlərdə tez-tez qalib gəlməsi ilə seçilir. Bunlara misal olaraq Yevlax, Ağcabədi, Şamaxı, Şirvan, Ucar, Şəki, Naftalan, Beyləqan, Lerik, Ordubad və Ağstafa rayonu İcra Hakimiyyətləri və onların müxtəlif ərazilər üzrə nümayəndəlikləri ilə imzalanan müqavilələri göstərmək olar.

Qeyd edək ki, MMC 30 aprel 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 10 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Ağayeva Nərgiz Qəzənfər qızıdır. Şirkət dövlət qeydiyyatına alındığı zaman isə qanuni təmsilçi Qədirli Nərmin Qəzənfər qızı olub.

Məlumat üçün bildirək ki, şirkətin nə veb-saytı nə də sosial şəbəkə hesabı var. Şirkətin qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Şirkət dövlət qeydiyyatına alındığı zaman ilk olaraq ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay ev 93, mənzil 21göstərilib. 

Araşdırmalarımız zaman məlum oldu ki, "House Project" MMC həmin ünvanda qeydiyyata alınmazdan 2 il öncə bu ünvanda "Everest Tikinti Layihə" MMC də qeydiyyatdan keçib. 

Onu da əlavə edək ki, "Everest Tikinti Layihə" MMC hələ də o ünvanda qeydiyyatdadı. Ağayeva Nərgiz Qəzənfər qızı müəyyən vaxtlarda bu MMC-nin də qanuni təmsilçisi olub. Şirkətin hazırkı qanuni təmsilçisi isə Qədirova Gülbəniz Telman qızıdır.

Dövlət satınalmalarının vahid internet portalındakə məlumatlara əsasən, "Everest Tikinti Layihə" MMC də müxtəlif vaxtlarda İcra Hakimiyyətləri və onların müxtəlif ərazilər üzrə nümayəndəlikləri ilə müqavilələr imzalayıb.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Makaron istehsalı 2 dəfədən çox artıb

Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq –70 yaş

Bu gün 54 mindən çox abituriyent qəbul imtahanı verir

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Məşhur kinorejissor Stenli Kubrikin evi fantastik qiymətə satışa çıxarıldı - FOTO

"Bitcoin" və altkoinlərin qiyməti düşür

Qızı üçün şəxsi sərmayə ilə qurduğu brenddən hazırda milyonlar qazanır - SƏHƏR OXUSU

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin