BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
68241

Azərbaycanda 2025-ci il üçün inflyasiya səviyyəsi ilə bağlı  müxtəlif beynəlxalq təşkilatlar fgərqli proqnozlar irəli sürür.

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,7%, illik inflyasiyanı isə 5,2% səviyyəsində proqnozlaşdırır. Bu proqnoz əsasən, ölkə iqtisadiyyatında müəyyən təzyiqlərin olacağı və inflyasiyanın yüksəlməsi ehtimalını nəzərə alır. Fondun proqnozları əsasən, qlobal iqtisadi şəraitə və regional faktorlara əsaslanır. Çünki beynəlxalq maliyyə qurumları ölkələrin iqtisadi vəziyyətini daha geniş çərçivədə qiymətləndirirlər.

BMT və Dünya Bankı Azərbaycanda inflyasiyanın daha aşağı olacağını proqnozlaşdırır. BMT 2025-ci il üçün inflyasiyanın 3,6%, 2026-cı il üçün isə 3,1% olacağını təxmin edir. Dünya Bankı isə hər iki il üçün inflyasiyanı 2,3% səviyyəsində qiymətləndirir.

Beynəlxalq reytinq agentlikləri, xüsusən də “S&P Global” və “Moody's” Azərbaycanda inflyasiyanın 2025-ci ildə 4%, 2026-cı ildə isə 3% səviyyəsində olacağını gözləyirlər.

Azərbaycan hökumətinin təqdim etdiyi proqnozlar yerli bazarda inflyasiyanın müəyyən dərəcədə tənzimlənəcəyini və dövlətin iqtisadi siyasətlərinin inflyasiya səviyyəsini sabit tutmağa kömək edəcəyini göstərir.

İqtisadiyyat Nazirliyi 2025-ci ildə inflyasiyanın 4,6 faiz olacağını proqnozlaşdırır. Azərbaycan Mərkəzi Bankı  isə bu göstəricini 5,5 faiz səviyyəsində təxmin edir. Hər iki qurum ölkə iqtisadiyyatının stabilləşməsini və müəyyən iqtisadi siyasətlərin tətbiqini nəzərə alaraq inflyasiyanın artımının nisbətən mülayim olacağı qənaətinə gəliblər.

Azərbaycanın 2025-ci il üçün inflyasiya proqnozlarının doğruluğu çoxsaylı faktorların qarşılıqlı təsirindən asılıdır. İqtisadi siyasətin effektivliyi, qlobal iqtisadi vəziyyət, yerli istehsalın artması, valyuta bazarının idarə olunması və kənd təsərrüfatı sektorunun inkişafı kimi amillər mühüm təsir faktorlarıdır. Bu səbəbdən, inflyasiyanın səviyyəsi ilə bağlı müxtəlif təşkilatların verdiyi proqnozların doğruluğu yalnız bu amillərin təsir gücündən asılı olacaq.

Qeyd edək ki. 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda illik inflyasiya  5,4 faizə yüksəlib.

©modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Formula 1-in pilotları nə qədər qazanır? - SƏRVƏTLƏRİ

Böyük perspektivlər vəd edən sahə

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Təyyarədə pəncərə kənarında əyləşməyə görə əlavə pul verilməlidir? - RƏSMİ

Lider ruhlu olduğumuzu necə anlamaq olar? - 10 sual

Eyni torpaq sahəsinin iki sahibi var - Onlara çıxarışları kim verib? (VİDEO)

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Bu qəpiklər tədavüldən çıxarılır

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Makaron istehsalı 2 dəfədən çox artıb

Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq –70 yaş

Bu gün 54 mindən çox abituriyent qəbul imtahanı verir

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Məşhur kinorejissor Stenli Kubrikin evi fantastik qiymətə satışa çıxarıldı - FOTO

"Bitcoin" və altkoinlərin qiyməti düşür

Qızı üçün şəxsi sərmayə ilə qurduğu brenddən hazırda milyonlar qazanır - SƏHƏR OXUSU

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin