BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
68092

Azərbaycandakı Mənzil-Tikinti Kooperativləri (MTK) təkcə inşa etdikləri binalardakı mənzillərdən deyil, həm də parkinq yerlərindən pul qazanırlar.

Göydələnlərin altında avtomobil saxlamaq üçün nəzərdə tutulmuş yerlər ya yüksək qiymətə vətəndaşlara satılır, ya da icarəyə verilir.

Bu isə əksər hallarda binadan mənzil almış sakinlərin narazılığına səbəb olur.

Bu barədə Baku TV-yə danışan vətəndaşlar deyirlər ki, hər ay avtomobili qarajda parklamaq üçün 50 manat ödəsələr də, bunun müqabilində onlara qəbz və yaxud başqa sənəd təqdim edilmir. Parkinq yerini birdəfəlik almaq üçün isə 25 min manat ödəmək lazımdır. Amma bu məbləği ödəyənlərə də heç bir sənəd, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmir.

Bəs hər kvadratmetri az qala mənzillə eyni qiymətə təklif olunan belə qarajların satışı nə dərəcədə qanunidir? Həmin ərazilər əslində kimə məxsus olmalıdır?

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyir ki, tikinti qanunvericiliyinə əsasən mənfi birinci mərtəbədə kommunikasiya xətləri keçən ərazilər başqa təyinat üzrə istifadə oluna bilməz: "Bu əraziləri isə tikinti şirkətləri adətən vətəndaşlara qaraj kimi satırlar, lakin həmin ərazini özəlləşdirəndə kommunikasiya xətləri keçən hissələr çıxılmalıdır".

Hüquqşunas Vüsal Cəfərov deyir ki, binaların altındakı ərazilərdən istifadə hüququ yaşayış binasını inşa edən şirkətin təşkilatı hüquqi formasından asılıdır: "Əgər binanı MMC tikibsə, oradakı bütün sahələr, o cümlədən qarajlar və kommersiya obyektləri həmin şirkətin mülkiyyətində qalır. Yox, əgər binanı MTK tikibsə bu zaman binanın altındakı qarajlar binanın digər ümumi hissələri kimi sakinlərə məxsus olmalı və ümumi əmlak sayılmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin