
07.04.2025 / 14:26
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır
68081
Azərbaycan Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində audit keçirir.
Valyuta.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq palatadan bildirilib.
"Hazırda audit prosesi davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi qanuna uyğun olaraq tənzimlənir", - cavabda qeyd olunur.
Xatırladaq ki, aprelin 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay