BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
68031

Ötən ay Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsindən sonra bu qurum ətrafında iddialar səngimir. Bildirilir ki, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib. Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. “Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, - iddialarda deyilir.

Daha sonra məlumat verilib ki, Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 04 mart 2025-ci ildə şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbayel Rayon Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Dövlət Turizm Agentliyində bir müddət əvvəl başlayan yoxlama isə davam edir. Hesablama Palatasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, audit prosesi yanvar ayından başlayıb.

Məlumatda deyilir ki, yoxlama prosesi Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən aparılır: "Plana əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir".

İddialara görə, Dövlət Turizm Agentliyi 103 milyon zərərlə işləyib. Son illər isə agentliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ilə turizmin inkişafı sahəsində aparılan işlərə uyğun deyil.  Medianın ittiham kimi yazdıqlarının bir məqamı da odur ki, turizmin təbliğatı üçün ayrılan külli miqdarda vəsaitin fonunda Azərbaycana bu ilin yanvar ayında 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da cəmisi 4% artım deməkdir. 2025-ci ilin fevral ayında ABŞ-ın “Cable News Network Inc” (CNN) ilə imzalanan 1 milyon 190 min manatlıq müqavilə bu xərclər arasında diqqət çəkən məqamlardan biridir.

Mənbənin bildirdiyinə görə, Hesablama Palatasının tezliklə yoxlamaları başa çatdıracaq və bu, Dövlət Turizm Agentliyinin rəhbərliyinin “hökmü”ndə əsas tutarqa hesab olunacaq. Bundan sonra hüquq-mühafizə orqanları  antikorrupsiya tədbirləri çərçivəsində bir sıra həbslər həyata keçirəcək. Hesablama Palatasının hesabatı “hökm” kimi dəyərləndirilə bilərmi?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”la bölüşüb: “Birinci onu qeyd edim ki, məmurların taleyi, agentliklərin yaradılması ölkə başçısının səlahiyyətində olan məsələdir. İkincisi, Turizm Agentliyinin ziyanla işləməsi də sürpriz deyil. Çünki Dövlət Turizm Agentliyinə verilən hotellərin bir qismi, misal üçün, qış turizm kompleksi də Dövlət Turizm Agentliyinə verilib, o da ilin 9-10 ayı işləmir, ya da çox zəif işləyir. Ona görə də bunların çox böyük xərci var - işçi heyətinin saxlanılması, obyektlər böyükdür, onların da saxlanma xərcləri var. 

Digər tərəfdən, Turizm Agentliyinin özünün inzibati-bürokratik aparatı var. O ki qaldı Turizm Agentliyi və turizmin inkişafına, əmin deyiləm ki, ölkəmiz turizmin inkişafını istəyir. Hansısa bir agentlik yaratmaqla turizm inkişaf etmir. Onda gərək bir xoşbəxtlik agentliyi də yaradaq, insanlar xoşbəxt olsun. Bu cür məsələlər prezident fərmanları və yaradılmış strukturlardan asılı olmur. Əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, Gürcüstan təcrübəsinə baxmaq kifayət edər. Gürcüstanın təcrübəsini təkrarlaya bilərik. Gürcülər bizdən çox fərqlənmir, bizim kimi tarixləri var, təhsil sistemləri olub və s. Bizim də üstünlüklərimiz var. Amma Gürcüstana gələn turistlərin sayı bizdən üç dəfə çoxdur. Biz bir tərəfdən turizmi bağlayıb, digər tərəfdən turizmi inkişaf etdirmək istəyiriksə, burada Turizm Agentliyinin günahı yoxdur. "Niyə ölkəyə giriş çətindir və bahadır" sualına cavab tapmaq lazımdır. 

Agentliklərin effektivliyi məsələsinə gəlincə isə ABŞ-da indi aparılan dəyişikliklər örnək ola bilər. Hökumət effektivlik agentliyi yaradıb, qurumları "kəsib" atırlar. Ölkəmizdə də dövlətin iş payı özəl sektordan çoxdur, hər ikisi eyni iş verən qismindədir, bu absurddur. Dövlət ciddi islahatlara getməlidir. Dövlət sektorunda işçi sayı iki dəfə azaldılmalıdır. Necə ki, nəhəng ölkə olan ABŞ indi bunu vacib sayır, Azərbaycanda da imkan verilməməliydi ki, mənasız strukturlar, agentliklər formalaşsın, yalançı iş yerləri formalaşsın. Bunların hamısı ləğv edilməlidir"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin