BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
68030

Son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) daha bir cinayət əməlinə yol verdiyini efirdən etiraf edib. Açıqlaması ilə özünü və ailəsini ifşa edən “Şərurlu İsfəndiyar” övladlarına saxta yolla, rüşvətlə diplom aldığını deyib.

Onun dediyi sözlər müzakirələrə yol açıb. Bu, çox ciddi qanun pozuntusu, cinayətdir. Belə çıxır, övladlarının ali təhsilini təsdiq edən sənəd (diplom) saxtadır. Bu diplomla işə düzəliblərsə, təcili araşdırılıb, işdən uzaqlaşdırılmalıdırlar. Bunu qanun tələb edir. Üstəlik, hüquqi araşdırma aparılmaldıır.

Ortaya maraqlı sual çıxır: İsfəndiyar Axundov bu diplomları neçənci ildə satın alıb? Həmin dövrdə nazir kim olub?

Pravda.az saytı bu sualla sabiq təhsil naziri Misir Mərdanova müraciət edib.

Misir Mərdanov İsfəndiyar Axundovun dediklərinin həqiqətə uyğun olmadığını bildirib:

“Əvvəla, onu qeyd edim ki, Azərbaycanda heç vaxt diplom satılmayıb. İnsanlarda yanlış fikir formalaşdırırlar. Necə yəni diplomu alıb?! Bəli, ola bilər, onun övladı universitetə hansısa yolla qəbul olub, amma dərsə getməyib və ya az gedib. Lakin dərsə gəlmədiyi halda saxta qiymətlər yazılması mümkündür. Qiymətləri yazıldığı üçün də onlara diplom verirlər. Bu, o demək deyil ki, nazir kiməsə diplom satıb. Adam çıxıb ağzına gələni danışır, saytlar da bunu tirajlayır. Belə şey yoxdur, heç vaxt da olmayıb. Nə məndən öncə, nə mənim zamanımda, nə də məndən sonra”.

Sabiq nazirin sözlərinə görə, kiminsə saxta yolla diplom almasında nazirin məsuliyyəti yoxdur:

“Hər bir universitetin rektoru nazirliyə məlumat göndərir ki, bu il təhsilini filan sayda tələbə bitirir. Rektorun da verdiyi saya uyğun universitetə boş diplom blankı verilir. Onu da müəllimlər doldurub, imtahandan qiymət alanlara verirlər. Nazir necə kiməsə diplom sata bilər?!”

Misir Mərdanov İsfəndiyar Axundovu insanları aldatmaqda günahlandırıb:

“Şərurlu İsfəndiyar camaatla bir növ oynayır. Vətəndaşların başına oyun açan birindən nə gözləyəsən? İsfəndiyar Axundov bir evi beş adama satan biridir. Elə bilir ki, bu özü bir evi beş adama satdığı kimi, diplom da satılır”.

Diplomun qeyri-leqal yolla alınması halında ləğv edilməsinin mümkünlüyü ilə bağlı Globalinfo.az-ın suallarını cavablandıran vəkil Asim Abbasov bildirir ki, “Təhsil Haqqında” Qanunun 26.5-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

O deyib ki, bundan sonra da universiteti müvəffəqiyyətlə başa vurmaq üçün hər semestr müvafiq imtahanlar təşkil olunur və tələbənin bilik səviyyəsi ölçülür:

“Tədris illərində bütün imtahanların müvəffəqiyyətlə verilməsi bakalvr diplomunun əldə edilməsi üçün əsas şərtdir. Şəxs ilkin olaraq dərslərdə iştirak edib daha sonra imtahanı müvəffəqiyyətlə verməlidir. Həmin qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Lakin dərslərdə iştirak etmədən “Rüşvət” yolu ilə imtahan nəticələrinin saxtalaşdırılması özü cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Cinayət Məcəlləsində 308 ( vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311( rüşvət alma ), 312( rüşvət vermə), 320-ci ( rəsmi sənədləri saxtalaşdırma) maddələr mövcuddur. “Rüşvət” qarşılığında imtahan nəticələrini saxtalaşdıran müəllim vəzifəli şəxs sayıldığı üçün Cinayət Məcəlləsinin 308 və 311-ci maddələr ilə, müəllimə rüşvət verən şəxs isə 312-ci maddə ilə cinayət məsuliyyətinə cəlb olunur. Bu hallarda müvafiq istintaq aparılır və ittihamın təsdiq olunacağı halda cəza verilir. Aparılan istintaq və yekun hökmlə işin bütün halları aşkara çıxarılır”.

Asim Abbasov bildirib ki, bu halda diplomun alınması əsası olan imtahan nəticələri ləğv edilməlidir:

“Cinayətin təsdiq olunması halında belə diplomun ləğv edilməsi üçün mülki-prosessual qanunvericiliyə uyğun olaraq icraat aparılmalıdır. Ümumiyyətlə, heç bir universitetə qəbul olmadan saxta diplomun hazırlanması Cinayət Məcəlləsinin 320-ci maddəsi ( Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) ilə cinayət məsuliyyətinə səbəb olur. Çünki şəxsin özü faktiki olaraq universitetə qəbul olmadan saxta diplom hazırlayır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin