BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
68024

Süni intellektin peşəkar mühitdə tətbiqi hər keçən gün artır. Bu, universitetlərdə də sözügedən sahə ilə bağlı yeni ixtisasların yaradılmasını zəruri edir. Ekspertlər bu sahədə gecikdiyimizi düşünürlər. 

Dünyada informasiya texnologiyaları sürətlə inkişaf edir və süni intellekt (Sİ) peşəkar mühitdə getdikcə daha çox tələb olunur. Ölkəmizdə də süni intellektin tətbiq edildiyi sahələrin genişlənməsi yeni ixtisasların yaranmasına, əmək bazarının dəyişməsinə səbəb olur. Bu dəyişiklik ali məktəblərin qarşısına yeni ixtisasların yaradılması və onların tədrisi öhdəliyini qoyur. Bu baxımdan, universitetlər artıq sadəcə təhsil verilən klassik yer statusundan çıxır, öyrənmə üçün prinsipcə yeni mühit, əmək bazarının tələblərinə cavab verən müasir məkanlar yaratmağa başlayırlar. 

Süni intellektlə bağlı əmək bazarının tələblərinə uyğun ixtisasların yaradılması təbii ki, bu istiqamətdə konkret addımlar və proqram dəyişiklikləri tələb edir. Belə ki, dünya ölkələrində çoxdan başlanan bu prosesə qoşulmağımız süni intellektlə bağlı ixtisasların tətbiq ediləcəyi sahələr, gətirəcəyi yeniliklər, bu istiqamətdə müəllim kadrlarının hazırlanması, dərs vəsaitləri, orta məktəblərdən başlayaraq fənlərin tədrisi və s. kimi mühüm məqamlara diqqət çəkməyi tələb edir. 

“Universitetlərdə süni intellektlə bağlı ixtisaslar yaranacaq” 

“Çox güman ki, gələcəkdə müəyyən universitetlərdə süni intellektlə bağlı ixtisaslar yaranacaq”, - deyə Kembric Universitetinin professoru Qərib Mürşüdov istisna etmir: “Texnologiyanın sürətli inkişafı cəmiyyətdəki fəaliyyətlərə təsir göstərir. Təhsil də bu təsirdən kənarda deyil. Məsələn, süni intellekt və cəmiyyət, süni intellekt və enerji problemləri kimi mövzular ön plana çıxacaq. Lakin məncə, bu ixtisasların dəyəri elə də böyük olmayacaq. Klassik ixtisaslar və fənlər uzun müddət daha qiymətli olaraq qalacaq. Süni intellektin müxtəlif sahələrə böyük təsiri olacağı şübhəsizdir. Təhsil sahəsində də bu təsirin əhəmiyyətli olacağına inanıram. Süni intellekt üsullarının öyrənilməsi və tətbiqi, ehtimal ki, hər hansı bir ixtisasın öyrənilməsində mühüm rol oynayacaq. Məncə, gələcəkdə hər bir fakültədə süni intellektin tətbiqi ilə bağlı dərslər və ya modullar olacaq. Nəzərə almaq lazımdır ki, süni intellekt və ümumilikdə maşın öyrənmə üsulları yeni üsullar və ya ixtisaslar deyil. Onlar kompüter elmləri ixtisasının tərkib hissəsidir və 50-60 ildir ki, tədris olunur. Üsullar inkişaf etdikcə, tədris metodları da dəyişir. Gələcəkdə də bu proses davam edəcək”. Alimin fikrincə, Azərbaycanda bu sahədə mütəxəssislər var, lakin bu sahə çox sürətlə inkişaf etdiyi və daim yeni üsullar meydana çıxdığı üçün, 2-3 il əvvəlki üsullar artıq köhnəlmiş sayılır: “Əgər Azərbaycan universitetlərində bu istiqamətdə təhsil veriləcəksə, cavan və yeni üsulları öyrənib tədris edə bilən mütəxəssisləri cəlb etmək vacibdir. Onları universitetdə saxlamaq üçün yaxşı şərait yaradılmalı və əmək haqları kifayət qədər yüksək olmalıdır”.

“Elə bir elm sahəsi yoxdur ki, süni intellektdən istifadə edilməsin” 

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı bildirir ki, hazırda süni intellekt texnologiyanın əsasında durur və elə bir elm sahəsi yoxdur ki, ondan istifadə olunmasın: “Bu baxımdan, bu fənni ilk növbədə orta məktəb dərsliklərinə daxil etmək lazımdır. Ali məktəblərdə isə bu və ya digər formada keçirilir. Xəzər Universitetində bu, məcburi fəndir, tədqiqatlarda, elmi araşdırmalarda fikir verdiyimiz sahədir, eyni zamanda humanitar sahələrdə də keçirilir. Süni intellekt kompüter elmləri üzərində qurulan bir elmdir. Onun aparıcı texnikası bir az riyaziyyat, bir az statistika, bir az fizikadır. Bu fənnin tədrisi, bu istiqamətdə ixtisasların yaranması zəruridir. Nə biologiya, nə fizika, nə kimya, nə idman oyunları onsuz mümkündür. Bu il fizika və kimya üzrə Nobel mükafatını alanlar süni intellekt mütəxəssisləri oldular. Bu da göstərir ki, sahə qeyri-adi dərəcədə vacibdir”. Professor bildirir ki, bizim ölkəmizdə sovet dövründə riyaziyyat, fizika, kimya üzrə elmi məktəb olsa da, kompüter üzrə olmayıb. Buna görə də biz süni intellekt kimi sahələrdə çox gecikmişik: “Ali məktəblər bu sahəyə çox fikir verməlidirlər. Çalışmalıdırlar ki, orta məktəblərdə də süni intellekt dərsləri keçirilsin. Bu sahədə müəllimləri hazırlamaq lazımdır. Biz öz universitetimizdə bu sahənin tədrisi üçün müəllimlərin 70 faizini xarici ölkələrdən dəvət etməyə məcburuq. Onlar gəlir, onlayn dərs keçir, proqram hazırlayır, konfranslar təşkil edirlər”. 

Süni intellektin, yeni ixtisasların yaranması və tədrisi ilə bağlı dərs vəsaitlərinə gəlincə, H.İsaxanlı bildirir ki, bu istiqamətdə dərsliklər də yoxdur: “O vəsaitləri tərcümə etmək lazımdır. Sürətli dəyişiklik olduğundan beş il əvvəlki kitablar işə yaramır. Buna görə də müəllimlər o kitabları tərcümə edib nəşr etdirirlər.  Biz bu sahədə də geri qalmışıq. Çalışıb sürətli hərəkət  etməliyik”.

“Dərsliklərdə dəyişikliklərə ehtiyac var” 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova  da hesab edir ki, süni intellektin inkişafı və tədrisdə tətbiqi yeni ixtisasların yaranmasına səbəb olacaq. Onun fikrincə, Sİ ilə bağlı ixtisasların yaranmasına ümumtəhsil  müəssisələrindən başlamaq lazımdır: “Bəzi müəllimlər daim öz üzərlərində işləyir, süni intellektin imkanlarından istifadə edir və onu dərslərdə tətbiq edirlər. Amma bu, hamıya şamil oluna bilməz”. AGMA sədri bildirir ki, bəzi dərsliklərdə bununla bağlı məlumatlar yer alıb: “Hansısa materialların QR vasitəsilə verilməsi, süni intellektə tam keçid demək olmasa da, bu istiqamətdə addım atıldığını göstərir. Şagird həmin QR-lardan istifadə edib məlumatlılığını genişləndirə bilər. Bu, dərsliklərdə əlavə olunan bir nümunədir. Amma süni intellektin bu qədər inkişaf edildiyi bir zamanda dərsliklərdə də yeni dəyişikliklərin edilməsinə ehtiyac zamanla hiss olunacaq. Bununla paralel müəllimləri də eyni istiqamətdə hazırlaşdırmaq lazımdır. Dərsliklər irəli getdiyi təqdirdə müəllimlər onları tədris edəndə çətinliklər yarana bilər. Bu səbəbdən bunu paralel şəkildə aparmaq daha düzgün olar”. 

© Kaspi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin