BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
68020

Şərab turizmi təkcə sevimli içkilərin dadına baxmaqla kifayətlənməyən, həm də onların hazırlanma prosesi ilə tanışlıq və təbiət mənzərələrindən həzz alma imkanı verən bir istirahət növü kimi qurmanlar arasında geniş yayılıb.

Valyuta.Az xəbər verir ki, "Emerald Cruises” xidməti "Google” platformasındakı minlərlə istifadəçi rəyini araşdıraraq Avropanın ən yaxşı 10 şərab regionunu müəyyən edib. 

Bu reytinqin lideri isə təəccüblü olmayaraq Fransanın cənub-qərbində yerləşən və dünyanın ən prestijli üzüm bağlarından bəzilərinə ev sahibliyi edən Bordo regionu olub.

"Time Out” nəşrinin sitat gətirdiyi araşdırmaya əsasən, Bordo 96 xallıq təsirli nəticə ilə siyahının ilk pilləsində qərarlaşıb. Bu nəticə 112 063 beşulduzlu istifadəçi rəyi və yüksək dəyərləndirilmiş doqquz dequstasiya təcrübəsi əsasında əldə edilib. Bordo xüsusilə dolğun qırmızı şərabları ilə məşhurdur.

İkinci yerdə isə Macarıstanın məşhur "Egri Bikavér” (tərcümədə "buka qanı") qırmızı şərabı ilə tanınan Eger regionu qərarlaşıb. Bu regionda 16 yüksək qiymətləndirilmiş dequstasiya məkanı mövcuddur.

Üçüncü pilləni isə İtaliyanın mərkəzində yerləşən Toskana regionu tutub. Burada klassik Sancoveze üzüm növü ilə birlikdə "Kaberne Sovinyon" və "Merlo" kimi digər növlərin qarışığından hazırlanan "supertoskan” şərabları geniş populyarlıq qazanıb.

SAraşdırma həmçinin "Google” axtarış statistikalarına əsasən hansı regionların hazırda "trendi” olduğunu da müəyyən edib. Son üç ayda axtarış sayı 400 faiz artan Yunanıstanın Krit adası bu siyahıya başçılıq edir. Onu Fransanın Provens regionu (143 faiz artım) və İtaliyanın Siciliya adası (129 faiz artım) izləyir.

Avropanın 2025-ci il üçün ən yaxşı 10 şərab regionu:

1. Bordo, Fransa
2. Eger, Macarıstan
3. Toskana, İtaliya
4. Rioxa, İspaniya
5. Şampan, Fransa
6. Françakorta, İtaliya
7. Santorini, Yunanıstan
8. Ribera-del-Duero, İspaniya
9. Doru vadisi, Portuqaliya
10. Priorat, İspaniya

© Qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

Azərbaycandan bu ölkəyə neft ixracı 1 ayda 7 dəfə artıb

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin