BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
68019

Dünya əhalisi 8 milyard nəfər olsa da, bu tətbiqdən 2,5 milyard insan istifadə edir. Üstəlik, tətbiqin ümumi endirilmə sayı artıq 10 milyardı keçib. Başlanğıcda hamının 1 aprel zarafatı hesab etdiyi "Gmail"in bu günə qədərki inkişaf hekayəsi belə olub...

Valyuta.Az xəbər verir ki, bu gün dünya üzrə 2,5 milyard istifadəçisi olan və 10 milyarddan çox dəfə endirilən "Gmail" tətbiqi ilk dəfə təqdim olunanda insanlar onun zarafat olduğunu düşünmüşdü.

1 aprel 2004-cü ildə istifadəyə verilən bu pulsuz e-poçt xidməti o qədər faydalı funksiyalar təklif edirdi ki, həmin dövrdə istifadəçilər bu qədər funksiyanı təqdim edən bir xidmətə rast gəlmədiklərindən "Google"un onlarla zarafat etdiyini düşünmüşdülər. Lakin çox keçmədən istifadəçilər "Gmail"in həqiqi məhsul olduğunu və "Google"un onu beta versiyada məhdud sayda istifadəçiyə təqdim etdiyini anladılar. E-poçt xidməti istifadəyə verildiyi vaxtdan etibarən beş ildən çox müddət beta versiyada fəaliyyət göstərdi və bu il artıq 21 yaşını qeyd etdi.

"Gmail"in təqdim edildiyi dövrdə "Yahoo!", "AOL" və "Hotmail" e-poçt sahəsində lider mövqedə idilər. Hətta "Hotmail" hələ "Microsoft" tərəfindən satın alınmamışdı və internetin ən qədim müstəqil e-poçt xidmətlərindən biri hesab olunurdu. Lakin bu xidmətlər böyük ölçülü əlavələri uzun müddət saxlamaq üçün kifayət qədər yaddaş təqdim etmirdi. İstifadəçilər 10 MB yaddaş dolmasın deyə davamlı olaraq e-poçtları silmək məcburiyyətində qalırdılar. "Gmail" isə e-poçtlar üçün 1 GB yaddaş təqdim edəcəyini elan etdikdə heç kim buna inana bilmədi və təbii olaraq bu xəbəri zarafat sandı. Çünki həmin dövrdə 1 GB çox böyük bir yaddaş həcmi sayılırdı.

Zarafat olmadığı məlum olduqda isə hər kəs "Gmail" dəvət məktubu tapmaq üçün dostlarından dəvət istəməyə başladı. Bu "dəvət axtarışı" çılğınlığı hətta "Gmail"dən xəbəri olmayan insanların belə bu xidmət haqqında məlumat əldə etməsinə səbəb oldu və böyük bir reklam effekti yaratdı.

"Google" bu prosesi istifadəçilərə cazibədar imkanlar təqdim edərək bazarda rəqiblərini sıxışdırmaqla həyata keçirdi. Bu gün isə ABŞ Ticarət Nazirliyi "Google"ı rəqabəti məhdudlaşdırmaqda ittiham edərək, şirkətin bəzi xidmətlərini satmağa məcbur edir. Artıq heç kim "Google"ın bazarda inhisar yaratdığını inkar edə bilmir.

Digər tərəfdən, "Gmail" illər ərzində böyük inkişaf yolu keçib. İlk illərində təhlükəsizlik boşluqları o qədər ciddi idi ki, şirkət daxilindəki mühəndislər bütün istifadəçi məktublarını oxuya bilirdilər. Hətta bir vaxtlar ABŞ Dövlət katibinin "Gmail" vasitəsilə dövlət sirlərinə dair yazışmalar apardığı üzə çıxmış və bu, böyük qalmaqala səbəb olmuşdu.

Bir "Google" mühəndisi isə orta məktəb şagirdlərinin yazışmalarını oxuyaraq onların ailələrindən gizlətdikləri sirləri öyrənmiş, bu sirləri açıqlamamaq üçün uşaqlardan minlərlə dollar "fidyə" tələb etmişdi. Əlbəttə, bu kimi hadisələr üzə çıxdıqdan sonra "Google" təhlükəsizlik sahəsində daha sərt tədbirlər həyata keçirdi.

Qeyd edək ki, "Gmail" əslində "Google"un 23-cü əməkdaşı olan təcrübəli bir mühəndisin 2001-ci ildən bəri üzərində çalışdığı şəxsi layihədir. "Google" mühəndislərinə şəxsi layihələr üzərində işləməyə icazə verir və sonradan bəyəndiyi layihələri satın alırdı. "Gmail" də bu şəkildə ortaya çıxmışdı və bu gün 2,5 milyard insana xidmət etməklə yanaşı, rəqiblərinin də daha yüksək imkanlar təqdim etməsinə yol açıb.

© Qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

Azərbaycandan bu ölkəyə neft ixracı 1 ayda 7 dəfə artıb

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin