
Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 485 mln. dollar təşkil edib.
Valyuta.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6% daha çoxdu.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (40,2 mln. dollar) birinci olub.
Bu siyahıda karbamid (36 mln. dollar) ikinci, xurma (30,5 mln. dollar) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin fevral ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (19 mln. dollar) birinci olub.
Bu siyahıda karbamid (15 mln. dollar) ikinci, pambıq (14,4 mln. dollar) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin ilk iki ayında Rusiyaya 150,8 mln. dollar, Türkiyəyə 82,8 mln. dollar, Gürcüstana 52,9 mln. dollar, İsveçrəyə 43,6 mln. dollar, Ukraynaya isə 41,2 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin fevral ayında Rusiyaya 69,7 mln. dollar,Türkiyəyə 45,7 mln. dollar,Gürcüstana 26,5mln. dollar, İsveçrəyə 21,4 mln. dollar, Ukraynaya isə 19,4 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay