"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Redaktor

05.04.2025 12:30
993

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - “DOST” - tərəfindən elan edilən 2 tenderə yekun vurulub. 

Valyuta.Az xəbər verir ki, Agentliyin yekunlaşan tenderləri Tərtər və Neftçala "DOST" filialları üçün müxtəlif avadanlıqların satın alınması ilə bağlı olub. 

Hər 2 tenderin də qalibi eyni şirkət - "Mac Construction" QSC - olub. 

Məlumata əsasən, Tərtər filialı üçün avadanlıqların alınmasına görə QSC-yə 497.551,96 AZN, Neftçala filialı üçün avadanlıqların alınmasına görə isə 755.606,19 AZN ödənəcək.

Dövlət satın almaların vahid internet portalına yerləşdirilən məlumatlara əsasən, bu tərəflər arasında ilk müqavilə bağlanışı deyil. 

Ötən ayın əvvəllərində də tərəflər arasında Naxçıvan DOST Mərkəzi üçün avadanlıqların alınması ilə bağlı da müqavilə imzalanmışdı. Həmin müqavilənin dəyəri isə 1.2 milyon manat olub. 

Bundan əlavə 4 saylı Bakı "DOST" Mərkəzinin inzibati binasının təmir olunması da eyni şirkətə həvalə olunmuşdu.

Sabirabad DOST Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin həvalə olunduğu şirkətlərin də biri də məhz "Mac Construction" QSC olub (digər şirkət “Kriptonit İnşaat” QSC olub). Həmin vaxtı isə tərəflər arasında 9.594.996,47 AZN dəyərində müqavilə imzalanmışdı.

Həmçinin şirkət "Aztex Construction" MMC ilə birlikdə Gəncə "DOST" və Protez-Ortopedik Bərpa Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin həyata keçirilməsi üzrə Agentliklə 12.707.774,71 AZN dəyərində müqavilə bağlamışdı. 

Sumqayıt DOST Mərkəzinin tikintisinin aparılması və müxtəlif təchizat avadanlıqlarının satın alınması işlərinin həvalə olunduğu 2 şirkətdən biri yenə "Mac Construction" QSC olmuşdu. Həmin vaxtı isə “Allintertorg” MMC ilə birlikdə Agentliklə 8.999.266,61 AZN-lik müqavilə imzalanmışdı.

Binəqədi DOST Mərkəzinin əsaslı təmir işlərinin II mərhələsinin həvalə olunduğu şirkətlərdən biri dəyişsə də digəri yenə "Mac Construction" QSC olub. Və konsorsiumla Agentlik arasında 1.123.625,54 AZN dəyərində müqavilə imzalanmışdı. 

Qeyd edək ki, “Mac Construction” QSC Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan başqa qurumların da bir neçə tenderinin qalibi olub.

QSC aldığı məbləğlər qarşılığında çirkab su anbarının təmizlənməsindən tutmuş mini futbol meydançasının qazon örtüyünün dəyişdirilməsinə qədər müxtəlif xidmətlər göstərib. 

“Mac Construction” QSC

- 20.05.2021 tarixində Dövlət Sosial Müdafiə Fondu ilə 82.426,96 AZN

- 16.05.2023 tarixində Dövlət Sosial Müdafiə Fondu ilə 12.275,54 AZN

- 24.06.2023 tarixində Sosial Xidmətlər Agentliyi ilə 97.602,52 AZN

- 02.11.2023 tarixində Dövlət Məşğulluq Agentliyi ilə 79.499,4 AZN

- 16.11.2023 tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Mərdəkan Müalicə Pansionatı ilə 38.897,52 AZN 

- 13.12.2023 tarixində Sosial Xidmətlər Agentliyi ilə 60.536,36 AZN

- 26.12.2023 tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə 132.335,82 AZN

- 12.08.2024 tarixində Sosial Xidmətlər Agentliyi ilə 14.337 AZN

- 28.08.2024 tarixində Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi ilə 51.548,3 AZN

- 21.11.2024 tarixində Sosial Xidmətlər Agentliyi ilə 490.963,99 AZN dəyərində müqavilə imzalayıb. 

Bunlardan savayı QSC bir neçə dəfə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birbaşa elan etdiyi tenderlərin qalibi olub.

Təsis edildiyi vaxtdan 1 il 5 gün sonra Nazirliyin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə respublikanın 36 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Sabirabad) cəmi 450 ədəd olmaqla fərdi evlərin tikintisi üzrə elan etdiyi tenderin qalibi də "MAC Construction" QSC olub və tərəflər arasında 29.323.213 AZN dəyərində müqavilə imzalanıb. Yəni 1 ev üçün ortalama 65 162 manat.

Qeyd edək ki, 2020-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi Sultanov Rəşad Mübariz oğludur. MMC-nin nizamnamə kapitalı isə 2010 manatdır. 

Şirkətin qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Onu da əlavə edək ki, “Mac Construction” QSC 2023-cü ildən bəri yalnız ƏƏSMN-in tenderlərində iştirak edib və yalnız bu nazirliyin tenderlərinin qalibi olub.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Məzənnə

Yüklənir...