
Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım
2025-ci ilin yanvar-fevral ayları üzrə hava nəqliyyatı vasitələri ilə 131 ton yük ixrac olunub.
Valyuta.az statistik mənbələrə əsasən xəbər verir ki, ixrac olunan yükün dəyəri 54 milyon 943 min ABŞ dolları olaraq hesablanıb.
Ötən ilin eyni dövründə hava nəqliyyatı vasitələri ilə 243 ton yük ixrac olunub. Bu ixrac 17 milyon 527 min ABŞ dolları hesabına başa gəlib.
Nəticə olaraq deyə bilərik ki, hava nəqliyyatı ilə həyata keçirlən ixrac prosesində 111 ton yük azalması baş verib. Amma nəticənin əksi olaraq ixrac prosesində gələn gəlir 37 milyon 416 min ABŞ dolları dəyərində artıb.
Eyni zamanda bu ilin yanvar-fevral ayları üzrə hava nəqliyyatı vasitələri ilə 2 min 115 ton yük idxal olunub. Yükün idxal dəyəri isə 1 milyard 658 milyon 265 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövründə hava nəqliyyatı vasitələri ilə 1926 ton yük idxal olunub. Yükün idxal dəyəri 277 milyon 909 min ABŞ dolları olub.
Nəticə etibari ilə hava nəqliyyatı vasitələri ilə həyata keçirilən idxalı prosesində 189 ton artım müşahidə olunub. Yükün idxal dəyəri isə 1 milyard 380 milyon 356 min ABŞ dolları dəyərində artım göstərib.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay