
04.04.2025 / 16:37
SAB-ın kolbasasından metal parçası çıxıb? - Fotolar
67985
“Zahmat-Ruzi” MMC-yə məxsus kolbasa məhsulundan metal parçası çıxdığı iddia olunur.
Valyuta.az "Yeniavaz"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və fotolar yayılıb.
“Bu gün səhər yemək üçün kolbasa kəsirdim, gördüm, dəmirə dirənir. Kolbasanı kəsdim, içindən dəmir parçası çıxdı”, - məlumatı yayan şəxs bildirib.
Onun yaydığı fotolarda SAB brendi adı altından istehsal olunan “Səyyah” kolbasanın içində metal parçası müşahidə olunur.
Məsələ ilə bağlı “SAB Azərbaycan”la əlaqə saxlamağa çalışdıq, lakin şirkətin rəsmi saytında qeyd olunan əlaqə nömrəsinə hazırda xidmət göstərilmədiyi bildirilir.
Həmin fotoları təqdim edirik:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay