
İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı
İnnovasiya və Təchizat Mərkəzinin 1 gündə laboratoriya tenstlərinin alışı üçün elan etdiyi 3 tenderin ümumi dəyəri 80 milyon manatı ötüb.
Valyuta.Az xəbər verir ki, elan edilən tenderlər klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması ilə bağlıdır.
Məlumata əsasən, bu alışlar toplamda 20 tibb müəssisəsi üçün nəzərdə tutulub. Belə ki, 5 tibb müəssisə üçün alışlara 22.993.287,66 AZN, 3 tibb müəssisəsi üçün 33.541.294,95 AZN, 12 tibb müəssisəsi üçün alışlara 33.979.164,36 AZN ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, tenderlər 19 may tarixinə qədər davam edəcək.
Xatırladaq ki, dünən də Mərkəz tərəfindən 3 fərqli tender üçün toplamda 36 milyon manatdan çox vəsait ayrılmışdı.
Bunlar hemoqram, koaqulloqramma, interferon qamma ifraz testi, SÜA, immunohematoloji, PZR müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması (3 TM üzrə) üçün ayrılan 11.956.461,25 AZN, hemoqram, koaqulloqramma, immunohematoloji, sidiyin ümumi analizi, PZR müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması (7 + 10 tibb müəssisəsi üzrə) üçün ayrılan 11.539.808,38 AZN və 12.949.271,69 AZN dəyərində olan tenderlər olub.
Məlumat üçün bildirək ki, Mərkəz cari ildə artıq bir neçə milyonluq müqavilər imzalayıb.
Bunlara "Cyber Point" MMC ilə imzalanan 1.1 milyonluq, "Azfar Med" QSC ilə imzalanan 3.1 milyonluq, "Vitta Elmi-Texniki" MMC ilə imzalanan 2 milyonluq, "Albatros Heltkeyr" MMC ilə imzalanan 27.8 milyonluq, "Jba Group" MMC ilə imzalanan 5.3 milyonluq, "Zeytun Pharmaceuticals" MMC ilə imzalanan 5.5 milyon və 6.7 milyonluq, "Avromed Company" QSC ilə imzalanan 16.3 milyonluq və "Besan" MMC ilə imzalanan 3.8 milyonluq müqavilələri nümunə göstərmək olar.
Əlavə edək ki, İnnovasiya və Təchizat Mərkəzi əvvəllər Səhiyyə Nazirliyinin tabeliyində olub. Bu ildən isə əmlakı ilə birlikdə TƏBİB-ə verilib
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay