
04.04.2025 / 23:10
Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə
67982
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “Hökumət Evi”ndə ofis sahəsi icarəyə götürəcək.
Valyuta.az xəbər verir ki, bu məqsədlə Ombudsman “İnzibati binaların istismarı mərkəzi” MMC ilə birbaşa satınalma yolu ilə müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq 2025-ci ilin sonuna qədər qüvvədə olacaq icarə üçün 153 min 302 manat 50 qəpik ödəniləcək.
Qeyd edək ki, “İnzibati binaların istismarı mərkəzi”nin qanuni təmsilçisi Məmmədov Elçindir. MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay