
ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi
"LinkedIn" istifadəçisinin yaxın vaxtlarda apardığı bir təcrübə süni intellektin mənfi məqsədlərlə istifadəsinin mümkünlüyünü bir daha göstərib.
Valyuta.az xəbər verir ki, ChatGPT-dən istifadə edilərək yaradılan saxta şəxsiyyət vəsiqəsi şəxsiyyətin yoxlanılması sistemlərindən asanlıqla keçə bilib.
Belə ki, Borys Musielak adlı istifadəçi "LinkedIn" üzərindən paylaşdığı məlumatda bir təcrübə həyata keçirərək ChatGPT vasitəsilə saxta şəxsiyyət vəsiqəsi şəkli hazırladığını və bu sənədin heç bir şəkildə fərq edilmədiyini bildirib.
Şəxsiyyətin yoxlanılması sistemlərini keçə bildi
"OpenAI" ötən həftə ChatGPT-yə "GPT-4o" dəstəkli vizual yaradıcılıq funksiyasını əlavə edib. Bu yeniləmə ilə süni intellekt daha real görünüşlü təsvirlər hazırlaya bilir. Musielak da məhz bu funksiyadan istifadə edib.
Onun sözlərinə görə, öz pasportunun surətini yaratmaq cəmi 5 dəqiqəsini alıb. Daha sonra isə süni intellektlə yaradılan bu təsviri foto əsaslı şəxsiyyətin yoxlanılması sistemlərində istifadə edib və heç bir problem yaşamayıb. O, bu texnologiyanın bu cür sistemlərin etibarlılığını təhlükə altına ata biləcəyini də vurğulayıb.
Bu hadisə süni intellektin inkişafı ilə saxta materialların fərqləndirilməsinin getdikcə çətinləşdiyini nümayiş etdirir. Musielakın paylaşdığı fotolardan saxta pasportun orijinal sənəddən demək olar ki, seçilmədiyi aydın görünür. Bu isə pis niyyətli istifadə hallarının nə qədər asanlıqla həyata keçirilə biləcəyini göstərir.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay