BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
67968

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xaricdən dəvət etdiyi həkimlərin maaşı azaldılıb.

Bu iddia ilə bağlı məlumat bir neçə gün öncə yayımlanıb.

Məlumatda qeyd edilib ki, əvvəlcə xaricdən geri çağırılaraq 5 min manat məvaciblə işə dəvət alan bu tibb mütəxəssisləri sonradan 1200 manat maaşla işləməyə davam ediblər. Həkimlərlə 5 min manat əməkhaqqı müqaviləsinin cəmi 6 ay sürdüyü, sonra maaşların azaldıldığı bildirilir.

Bundan əlavə, onların İcbari Tibbi Sığortadan gələn ödənişləri də aldığı qeyd olunub.

Məsələ ilə bağlı İcbari Tibbi Sığortaya sorğu ünvanladıq. Qurumdan  belə cavab verildi: “Xarici ölkədə təhsil almış bəzi həkim-mütəxəssislər “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair Proqram” çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində xüsusi şərtlərlə işə qəbul edilir. Tibb müəssisələrində işə qəbul olunan həkim-mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədilə Monitorinq Komissiyası tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla müəyyən edilmiş qayda əsasında monitorinq həyata keçirilir.

Hər bir həkim-mütəxəssis Proqram çərçivəsində fəaliyyətinin davam etdirilməsi üçün bu Qaydada nəzərdə tutulmuş göstəricilərə uyğun fəaliyyət göstərməlidir. Bu səbəbdən Proqram çərçivəsində fəaliyyət göstərən həkim-mütəxəssislərin peşəkar fəaliyyəti və şəxsi keyfiyyətləri Komissiya tərəfindən qiymətləndirilir. Peşəkar fəaliyyəti üzrə qiymətləndirilmə zamanı cərrahi, terapevtik, radioloq, anestezioloq-reanimatoloq ixtisasları üzrə həkim mütəxəsssislər tərəfindən icra olunan əməliyyat, pasiyent sayları, xidmət göstərilən pasiyentlərin məmnunluq göstəriciləri və digər fəaliyyətlər monitorinq edilir.

Şəxsi keyfiyyətləri üzrə  isə onların sərgilədiyi davranış (öz bilikləri ilə digər əməkdaşlara bölüşməyə hazır olması, tövsiyələri ilə məsləhət verməyə hazır olması və s.), etik qaydalara riayət etməsi, tibb müəssisəsinin nüfuzunun artmasına verdikləri töhfə və digər göstəricilər dəyərləndirilir. Nəzərdə tutulmuş göstəricilərə cavab verməyən həkim-mütəxəssislərə həvəsləndirici əlavələrin verilməsi Proqramın müvafiq bəndinə əsasən dayandırılır”.

İTS-dən, həmçinin bildirilib ki, həkim-mütəxəssis fəaliyyətinin nəticələrinə görə monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavənin ödənilməsi növbəti dövr üçün uzadılır: “Məlumat üçün bildirək ki, sözügedən həkimlərə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən aylıq vəzifə maaşı, sabit həvəsləndirici əlavə, işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə (bonus) və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər hesablanır”.

©Azadmedia.az, Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" 76 dollara düşdü - Kriptovalyuta bazarının son göstəriciləri

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin