
"Infiniti" ABŞ üçün istehsalını dayandırdı
"Infiniti" brendi Meksikada ABŞ bazarı üçün nəzərdə tutulan krossoverlərin istehsalını qeyri-müəyyən müddətə dayandırıb.
Valyuta.az xəbər verir ki, "Infiniti"nin sahibi olan "Nissan Motor" şirkəti ABŞ prezidenti Donald Trampın idxal olunan avtomobillərə tətbiq etdiyi 25%-lik yeni gömrük rüsumlarına cavab olaraq, Meksikada istehsal edilən iki krossover modelinin ABŞ bazarı üçün istehsalını müvəqqəti olaraq saxlayıb.
"Automotive News"un məlumatına görə, "Infiniti Amerika"nın vitse-prezidenti Tyaqo Kastro şirkətin dilerlərinə göndərdiyi bildirişdə gömrük rüsumları səbəbindən ABŞ üçün "QX50" və "QX55" modellərinin istehsalının "növbəti bildirişə qədər" dayandırıldığını açıqlayıb.
Şirkət sözçüsü bu addımı təsdiqləyərək, "Nissan"ın istehsal və təchizat zənciri əməliyyatlarını nəzərdən keçirdiyini və daha səmərəli və davamlı həll yolları axtardığını bildirib.
"Biz bazarın ehtiyaclarını və yeni rüsumların təsirini qiymətləndirərək istehsalda əlavə tənzimləmələr aparmağa davam edəcəyik", deyə "Nissan"ın elektron poçt vasitəsilə verdiyi açıqlamada qeyd olunub.
Bundan əlavə, "Nissan" yeni avtomobil rüsumlarından təsirlənməyən Tennessi ştatının Smirna şəhərində yerləşən zavodunda "Nissan Rogue" modelinin iki növbəli istehsalına davam edəcəyini təsdiqləyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay