
Vergi borcu olsa da, Agentlik yenə eyni şirkəti qalib elan etdi
Qobustan, Mingəçevir, İsmayıllı, Göyçay və Yevlax "DOST" filialları əsaslı təmir olunacaq.
Valyuta.Az xəbər verir ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - "DOST" tərəfindən müvafiq işlərə start verilib.
Məlumata əsasən, "DOST" agentliyinin sözügedən təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurulub.
Tenderin qalibi "ENTRE" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 108.560 AZN dəyərində müqavilə imzalanıb.
Araşdırmalarımız zamanı məlum olub ki, Agentliyin qalib elan etdiyi MMC-nin 3829.69 AZN vergi borcu var.
"Dövlət satınalmaları haqqında" qanuna əsasən vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz.
Vergi borcu olsa da, tenderdə iştirak edib qalib seçilən MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb.
10 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Qarayev Rüfət Süleyman oğludur.
Xatırladaq ki, Qusar, Xaçmaz, Salyan, Biləsuvar və Hacıqabul "DOST" filiallarının təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması da eyni şirkətə həvalə olunmuşdu.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay