
Maliyyə Nazirliyinin İcra Hakimiyyətinə təqdim etdiyi sənədlər itib
Maliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin istifadəsində olan bəzi inzibati sənədlərin - daha dəqiqi, inzibati xəta haqqında qərar (qərardad) blanklarının itməsini rəsmən qeydə alıb.
Valyuta.az xəbər verir ki, sənədlərin hansı şəraitdə itib-yoxa çıxması barədə dəqiq məlumat yoxdur. Lakin Nazirlik artıq həmin blankları etibarsız elan edib.
İtən sənədlər bunlardır:
İnzibati tənbeh vermə haqqında Qərar blankı (4 nömrəli əlavə) - cəmi 2 ədəd: MN № 1310891 və MN № 1310892.
İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar blankı (5 nömrəli əlavə) - 5 ədəd: MN № 0021246, MN № 0021254, MN № 0021256, MN № 0021257 və MN № 0021259.
İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar blankı (7 nömrəli əlavə) - 3 ədəd: MN № 0212942, MN № 0212947 və MN № 0212948.
İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərardad blankı (8 nömrəli əlavə) - 3 ədəd: MN № 0434791, MN № 0434792 və MN № 0434793.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay