BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
67929

ABŞ prezidenti Donald Trampın yeni tarifləri elan etməsi qlobal maliyyə bazarlarında çaxnaşmaya səbəb olub və bu, dünyanın ən varlı insanlarının sərvətində kəskin azalmaya gətirib çıxarıb.

Valyuta.az xəbər verir ki, "Bloomberg Milyarderlər İndeksi"nin 13 illik tarixində dördüncü ən böyük birgünlük azalma olub və COVID-19 pandemiyasının ən gərgin dövründən bəri qeydə alınan ən böyük geriləmədir.

"Bloomberg"in sərvət indeksinə daxil olan milyarderlərin yarıdan çoxunun sərvətində azalma müşahidə olunub, orta itki isə 3,3% təşkil edib. Ən çox zərər çəkənlər sırasında ABŞ-da yaşayan milyarderlər olub - "Meta Platforms" şirkətinin qurucusu Mark Zukerberq və "Amazon.com"un təsisçisi Ceff Bezos siyahının önündə yer alıb.

Meksikanın ən varlı adamı Karlos Slim ABŞ-nin tarif siyahısından kənarda qaldığı üçün itkilərdən yayınmağı bacaran azsaylı milyarderlərdən olub. Bu səbəbdən Meksika birjası 0,5% yüksəlib və Slimin sərvəti 4% artaraq 85,5 milyard dollara çatıb. "Bloomberg" indeksinə görə, sərvəti bir qədər də artsa da, günün yekununda müsbət nəticə əldə edə bilən yeganə bölgə Yaxın Şərq olub.

Günün ən böyük itki yaşayan milyarderləri:

Mark Zukerberq

"Meta"nın qurucusu və rəhbəri Mark Zukerberq dollar ifadəsində günün ən böyük itki yaşayan milyarderi olub. Şirkət səhmlərinin 9% ucuzlaşması nəticəsində onun sərvəti 17,9 milyard dollar azalıb ki, bu da ümumi sərvətinin təxminən 9%-ni təşkil edir. Yanvarın 1-dən fevralın ortasınadək "Meta" texnologiya nəhənglərinin "Möhtəşəm yeddilik" indeksində ən yaxşı nəticə göstərən şirkət olub və bazar dəyərinə 350 milyard dollardan çox əlavə edib. Lakin fevralın ortasından bəri səhmlər 28% ucuzlaşıb.

Ceff Bezos

"Amazon" şirkətinin səhmləri cümə axşamı günü 9% dəyər itirib ki, bu da 2022-ci ilin aprelindən bəri ən böyük azalmadır. Bu eniş nəticəsində Ceff Bezosun şəxsi sərvəti 15,9 milyard dollar azalıb. Şirkətin səhmləri fevraldakı zirvə nöqtəsindən bəri 25%-dən çox ucuzlaşıb.

İlon Mask

"Tesla"nın baş direktoru İlon Mask 11 milyard dollar itirib. 2025-ci ilin əvvəlindən bəri isə ümumi itki 110 milyard dollara çatıb. Bu, həm avtomobil satışlarındakı gecikmələrlə, həm də Maskın Trampın "effektivlik üzrə xüsusi nümayəndəsi" rolunda yaratdığı mübahisələrlə əlaqələndirilir. Həftənin əvvəlində "Tesla"nın ABŞ-da istehsal etdiyi avtomobillərin tariflərdən daha az təsirlənəcəyi gözlənilirdi və Maskın hökumət işlərindən uzaqlaşaraq şirkətə fokuslanacağı xəbərləri ilə səhmlər yüksəlmişdi. Lakin tariflərin elanından sonra "Tesla" səhmləri 5,5% dəyər itirib.

Ernest Qarsia III

"Carvana Co." şirkətinin baş direktoru Ernest Qarsia III 1,4 milyard dollar itirib. Şirkətin səhmləri 20% ucuzlaşıb. Fevralın 14-dək olan 12 ay ərzində 425%-dən çox yüksələn səhmlər o vaxtdan bəri 36% dəyər itirib.

Tobi Lyutke

Kanada e-ticarət şirkəti olan "Shopify"ın həmtəsisçisi və baş direktoru Tobi Lyutkenin sərvəti 1,5 milyard dollar (yəni ümumi sərvətinin 17%-i) azalıb. Şirkətin səhmləri Toronto birjasında 20% ucuzlaşıb. Bu, Kanada indeksində mart 2020-dən bəri ən pis gündür. "Shopify"ın əsas gəliri idxal olunan malların satışından formalaşır.

Bernar Arno

Avropa İttifaqı ABŞ-a ixrac olunan bütün məhsullara 20%-lik vahid tarif tətbiq ediləcəyinə hazırlaşır. Bu qərar xüsusilə spirtli içki və dəbdəbəli məhsul ixracına mənfi təsir göstərəcək. Bernar Arnoya məxsus "LVMH" (o cümlədən "Christian Dior", "Bulgari" və "Loro Piana" kimi brendlərə malikdir) şirkətinin səhmləri Paris birjasında ucuzlaşıb və bu, Avropanın ən varlı adamının sərvətindən 6 milyard dollar silinməsinə səbəb olub.

Çjan Conqyuan

Çinin "Huali Industrial Group" şirkətinin qurucusu Çjan Conqyuan Trampın Çin mallarına 34%-lik əlavə tarif tətbiq etməsi nəticəsində 1,2 milyard dollar, yəni sərvətinin 13%-ni itirib. ABŞ və Avropadakı digər ayaqqabı istehsalçıları da tariflərdən zərər çəkib. "Nike", "Lululemon Athletica" və "Adidas" kimi şirkətlərin səhmləri də ikirəqəmli faizlərlə dəyər itirib.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İncə göstərən güzgülər mağazalara milyonları necə qazandırır?

Neftimizin qiyməti 68 dollardan aşağı düşüb

Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətə satılır?

Qroznı hava limanı uçuşları dayandırdı

Avro və rubl bahalaşdı, dollar sabit qaldı

"Bitcoin" 76 dollara düşdü - Kriptovalyuta bazarının son göstəriciləri

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin