
Trampın gömrük qərarı kriptovalyuta bazarını çalxaladı - Analitiklər ehtiyatlı danışır
ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara və avtomobillərə tətbiq etdiyi yeni, yüksək gömrük rüsumları kriptovalyuta bazarında da dalğalanmalara səbəb olub.
Valyuta.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu qərar inflyasiyanı artıraraq ABŞ dollarını gücləndirə bilər ki, bu da adətən "Bitcoin" kimi rəqəmsal aktivlər üçün mənfi təsir yaradır.
"Bitcoin" Trampın açıqlamasından dərhal sonra 88 500 dollardan 82 000 dollara qədər ucuzlaşıb. "Ethereum" isə 1800 dolların altına düşüb. "Presto Research" analitiki Rik Maeda və "Brickken" analitiki Enmanuel Kardoso qeyd edirlər ki, bazarda həm riskli satışlar, həm də institusional investorlar tərəfindən yeni alışlar müşahidə olunur ki, bu da dəyişkənliyi artırır.
Analitiklər hesab edirlər ki, uzunmüddətli perspektivdə gömrük rüsumları dolların qlobal gücünü azalda və "Bitcoin"i inflyasiyaya qarşı qoruma vasitəsinə çevirə bilər. "JPMorgan"ın sorğusuna görə, investorların 51 faizi məhz inflyasiya və gömrük tariflərini əsas risk faktorları kimi qiymətləndirir.
"Bitget" analitikləri isə bildirirlər ki, bu qərarlar ABŞ iqtisadiyyatında "stagflyasiya" riski yarada bilər. Eyni zamanda, stabilkoinlərə marağın artması və rəqəmsal aktivlərə yönəli strateji dəyişikliklər gündəmə gələ bilər.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay