
Rusiyadan Azərbaycana neft ixracı 4 dəfədən çox artıb
2025-ci ilin ilk ayında Rusiyadan Azərbaycana xam neft və neft məhsullarının ixracı 4 dəfədən çox artaraq 113 957.11 tona yüksəlib.
Valyuta.Az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 27 617.99 ton olub. Rusiyadan idxalın müqabilində ödənilən məbləğdə də 4 dəfəyə yaxın artım baş verib.
2024-cü ilin yanvar ayında Rusiyadan neft idxalına görə qarşı tərəfə 15 mln. 436.58 min dollar ödənilmişdisə, cari ilin ilk ayında bu rəqəm 55 mln. 623.43 min dollara yüksəlib.
Azərbaycanın toplam neft ixracından əldə etdiyi gəlir isə 2 dəfən çox artıb. Belə ki, 2025-ci ilin yanvar ayında Azərbaycan neft ixracından 1 mlrd. 903 mln. 35.78 min dollar gəlir əldə edib. 2024-cü ilin ilk ayında isə bu göstərici 863 mln. 453.89 min dollar olub. Bu isə 2.2 dəfə və ya 120.4% daha çoxdu.
Aşağıdakı cədvəldə bu ilin ilk ayında xam neft və neft məhsullarının ixrac edildiyi ölkələr və əldə olunan gəlirlə tanış ola bilərsiniz:
Ölkə | ton | min ABŞ dolları |
Hindistan | 131887.42 | 79605.46 |
İndoneziya | 86721.65 | 52551.84 |
İsrail | 523553.89 | 296946.74 |
Tailand | 189175.53 | 115322.09 |
Tunis | 130227.89 | 77525.79 |
Türkiyə | 5355.34 | 2780.78 |
İspaniya | 76534.64 | 39881.49 |
İtaliya | 179236.62 | 110546.51 |
Portuqaliya | 138692.11 | 87859.1 |
Xatırladaq ki, 2024-cü ilin yanvar ayında Azərbaycandan 10 ölkəyə 1 mlrd. 462 mln. 278.29 min ton xam neft və neft məhsulları ixrac olunub. Cari ilin eyni dövründə isə bu rəqəm 3 mlrd. 460 mln. 826.94 min tona yüksəlib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay