
Uşaq yeməkləri xaricdən neçəyə gətirilir? - 1 kiloqramı 6 manatdan...
2025-ci ilin ilk ayında Azərbaycana 230.57 ton uşaq yeməkləri (pərakəndə satış üçün çəkilib bükülmüş) gətirilib.
Valyuta.Az xəbər verir ki, idxal olunan uşaq yeməklərinin 1 kq-nin ortalama qiyməti 11.50 dollar və ya 19.55 manat təşkil edib.
Məlumata əsasən, Belarus, Rusiya, Ukrayna, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Türkiyə, Yeni Zelandiya, Almaniya, Avstriya, Xorvatiya, İspaniya, Niderland, Polşa və Portuqaliya uşaq qidalarının idxal edildiyi ölkələr olub.
Ən çox idxal Rusiya (83.61 ton), Niderland (54.81 ton) və Almaniyadan (28.94 ton) olub. Belə ki, uşaq yeməklərinin 1 kq-si Rusiyadan təxminən 19.74 manat, Niderlanddan 20.41 manat, Almaniyadan isə 25.5 manata gətirilib.
Həmçinin Polşadan 1 kq-si təxminən 15.74 manatdan 27.49 ton, Ukraynadan 10.78 manatdan 15.56 ton, Türkiyədən 6.61 manatdan 11.27 ton. Avstriyadan 33.20 manatdan 3.78 ton, Yeni Zelandiyadan 58.36 manatdan 2.32 ton, Portoqaliyadan 23.08 manatdan 1.27 ton, Xorvatiyadan isə 15.17 manatdan 1.12 ton idxal həyata keçirilib.
Ən az idxal isə İspaniya (250 kq), Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı (80 kq) və Belarus (80 kq) olub. Bu ölkələrdən gətirilən uşaq yeməklərinin 1 kq-nin ortalama qiyməti müvafiq olaraq 56.78 manat, 39.95 manat və 9.99 manat olub.
Sözügedən dövrdə Azərbaycan ixrac olunan uşaq yeməklərinin 1 kiloqramının ortalama qiyməti təxminən 9.95 dollar və ya 16.91 manat olub. Belə ki, bütün ixrac Özbəkistana olub və bu ixracdan 141.24 min ABŞ dolları gəlir əldə edilib.
Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycan ixrac edilən uşaq yeməklərinin 1 kq-nin ortalama qiyməti 9.44 manat olub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay