
03.04.2025 / 18:29
İtaliya Azərbaycana kivini İrandan 11 dəfə baha satır
67912
2025-ci ilin ilk ayında Azərbaycana 428.07 ton təzə kivi idxal olunub.
Valyuta.Az xəbər verir ki, idxak olunan kivinin 1 kiloqramının ortalama qiyməti təxminən 1 manat 20 qəpik təşkil edib.
Məlumata əsasən idxalın böyük hissəi İran İslam Respublikasından həyata keçirilib. Belə ki, sözügedən dövrdə İrandan 427.74 ton, İtaliyadan isə 0.34 ton (340 kq) idxal həyata keçirilib.
İran İsalm Respublikasından idxal olunan kivinin 1 kiloqramının ortalama qiyməti 1 manat 19 qəpik, İtaliyadan idxal olunanın qiyməti isə 13 manat 45 qəpik olub.
Xatırladaq ki, ötən ilin yanvar ayında da kivi sadəcə İran İR və İtaliyadan idxal olunmuşdu.
Həmin dövrdə kivinin 1 kq-si İran İR-dən 1 manat 19 qəpikdən, İtaliyadan isə 13 manat 72 qəpikdən gətirilmişdi.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay