BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
67907

30 yanvar 2025-ci il tarixində DİM tərəfindən elektron qaydada keçirilmiş müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda iştirak etmək üçün 268 nəfər namizəd qeydiyyatdan keçib, onlardan 241 nəfəri imtahanda iştirak edib.

Valyuta.az xəbər verir ki, bu barədə TKTA-dan məlumat verilib.

Sözügedən imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış “hüquqşünaslıq” ixtisasının ölkələr üzrə təhlili aparılıb.

Peşə tanınması imtahanında “hüquqşünaslıq” ixtisası üzrə 113 nəfər iştirak edib, onlardan yalnız 15 nəfəri uğurlu nəticə əldə edib.

Məlum olub ki, uğursuz nəticə əldə etmiş kvalifikasiya sahibləri əsasən 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “hüquqşünaslıq” ixtisası üzrə Ukrayna ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 94% (64 nəfərdən 4 nəfər uğurlu nəticə əldə edib), Rusiya Federasiyasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 84% (38 nəfərdən 6 nəfər uğurlu nəticə əldə edib) müvafiq imtahanda uğursuz olub.

Ukrayna üzrə ən çox imtina Xarkov Milli Daxili İşlər Universiteti, Y. Mudrıy adına Milli Hüquq Universiteti, T. Şevçenko adına Kiyev Milli Universiteti, Rusiya Federasiyası üzrə ən çox imtinanı Dağıstan Dövlət Universiteti, Moskva Müasir Akademik Təhsil İnstitutu və Saratov Dövlət Hüquq Akademiyası məzunlarına aid olub.

Məlumat üçün bildiririk ki, TKTA-nın sifarişi əsasında 2024-cü ilin oktyabr ayında keçirilmiş imtahanda “hüquqşünaslıq” ixtisası üzrə Rusiya Federasiyasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin uğursuzluq göstəricisi 70%, Ukrayna ali təhsil müəssisələrindən “hüquqşünaslıq” ixtisası üzrə məzun olan namizədlərin isə peşə imtahanı üzrə uğursuzluq göstəricisi isə 63% təşkil edib.

Bu təhlili əsas götürərək, vətəndaşlara sözügedən ölkələrin ali təhsil müəssisələrinə “hüquqşünaslıq” ixtisası üzrə müraciət edərkən yuxarıda qeyd olunan məqamları nəzərə almaları tövsiyə olunur.

Qeyd edək ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

19 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 50% (120 nəfər) təşkil etmişdir. İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış namizədlərlə bağlı statistik məlumatlar təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar xanım 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bu tələbələrə təqaüd veriləcək - Nazir açıqladı

İçərişəhərlə bağlı yeni Məhdudiyyət

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin