
Azərbaycan bazarında "Samsung"un payı azaldı
Azərbaycanın mobil cihazlar bazarında mart ayında "Samsung" liderliyini qoruyub saxlamaqla 28,69% bazar payı əldə edib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə kiçik bir artım, yəni 0,45 faiz bəndi təşkil edir. 2024-cü ilin mart ayında mobil cihazın bazar payı 28,24% idi.
İkinci sırada yer alan "Xiaomi" bazar payını 1,6 faiz bəndi artıraraq 23,76%-ə yüksəlib. Bu göstərici ötən ilin eyni dövründə 22,16% olub.
Üçüncü sırada isə "Apple" qərarlaşıb. "Apple" 2024-cü ilin mart ayında bazar payını 2,73 faiz bəndi artaraq 16,36%-dən 19,09%-ə yüksəlib.
Adı açıqlanmayan brendlər isə bazarda sıralama itirərək 9,79 faiz bəndi azalma ilə 17,26% səviyyəsinə geriləyiblər. Ötən ilin mart ayında bu göstərici 27,05% olub.
"Honor" isə bazar payını 3,3 faiz bəndi artıraraq 5,1%-ə çatıb və ilk beşi tamamlayıb.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay