Redaktor
Azərbaycanı Beynəlxalq Startap Yarışmasında bu startap təmsil edəcək
Dünyanın 80 ölkəsindən startapların iştirak edəcəyi İslam İnkişaf Bankının Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startap məlum olub.
"Valyuta.az"a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, sentyabrın 10-da təşkil olunmuş onlayn tədbirdə yarışmanın ölkə üzrə milli seçim mərhələsinə müraciət etmiş startaplar münsiflər heyəti qarşısında öz startap layihələrini təqdim ediblər. Münsiflər heyəti yarışmanın Azərbaycan üzrə rəsmi tərəfdaşı olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İslam İnkişaf Bankının və İslam İnkişaf Bankı Qrupunun İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət olub. Münsiflər Heyətinin qərarı ilə “Mina – Made in Azerbaijan” startap komandasının yuyucu vasitələrdən istifadə etmədən əşyaları təmizləyən elektron cihazı - “W-ball” layihəsi Azərbaycan üzrə milli turun qalibi seçilib. Qalib startap Azərbaycanı oktyabrın 29-da Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Dubayda təşkil olunacaq yarış bilavasitə iştirak formatında keçiriləcəyi təqdirdə milli təmsilçinin bütün xərcləri İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq. Beynəlxalq Startap Yarışmasında ümumilikdə 5 qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək. Həmçinin İslam İnkişaf Bankı tərəfindən qalib startapların gələcək inkişafına maliyyə dəstəyi göstərilə bilər.
Qeyd edək ki, Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli seçim mərhələsinə sentyabrın 1-də start verilib. Yarışmanın tələblərinə uyğun gələn, mobil tətbiqlər, ağıllı cihazlar, onlayn xidmətlər kimi sahələrdə fəaliyyət göstərən 15 startap milli seçim turunda iştirak edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBrendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025