
96% artım, 20 qat ödəniş - “Meqa Həyat Sığorta”nın balans göstəricisi dəyişdi
Bu ilin yanvar-fevral aylarında “Meqa Həyat Sığorta” şirkətinin yığımlarında artım müşahidə edilib.
Valyuta.az xəbər verir ki, bəhs olunan dövrdə sığorta şirkəti 2 milyon 583 min manat sığorta yığımı əldə edib.
Bu isə ötən ilin eyni dövrünə nisbətən 1 milyon 268 min manat və ya 96,42% çoxdur. 2024-cü ilin yanvar-fevral aylarında “Meqa Həyat Sığorta” 1 milyon 315 min manat sığorta haqqı toplaya bilib.
Sığorta şirkəti yanvar-fevral aylarında 681 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 647 min manat, yaxud da 20,03 dəfə çoxdur. 2024-cü ilin yanvar-fevral aylarında “Meqa Həyat Sığorta” 34 min manat sığorta ödənişini həyata keçirib.
Yığımların artması fonunda ödənişlərin də artması sığorta şirkətinin zərərinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib. Şirkət ötən ilin yanvar-fevral aylarında topladığı hər 100 manatdan 2,6 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 26,4 manata yüksəlib.
Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100% payla “Meqa Sığorta”dır.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay