BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
67874

ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı fərman imzalayıb. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimal 10 % həcmində gömrük rüsumu müəyyən edilib.

Valyuta.az xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov Trampın fərmanını şərh edib.

O bildirib ki, Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin son illər artmasına rəğmən, ölkəmiz okeanın o tayından daha çox mal idxal edir. Belə ki, 2024-cü ildə Azərbaycana ABŞ-dan 1 milyard 617 milyon dollarlıq mal idxal edib və həmin müddətdə Birləşmiş Ştatlara ixracatımız cəmi 135 milyon 30 min dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik.

"Bütün bunlar ilə yanaşı, 2024-cü il əvvəlki il ilə müqayisədə ABŞ-dan idxalımız 1.8, Birləşmiş Ştatlara ixracatımız isə 8.4 dəfə artıb. Yəni ixracatımızın az olmasına baxmayaraq, artım dinamikası çox yüksəkdir. Bu iş adamlarımız üçün ABŞ-in yeni ixrac destinasiyasına çevrilməsi anlamına gəlir.

Təbii ki, yeni tariflər daha çox qeyri neft-qaz ixrac məhsullarına təsir göstərir. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ABŞ-a ixracatımız 134 milyon 663 min dollar olub. Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə isə 55 milyon 949 min dollarlıq ixrac qeydə alınıb. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatımızın 3 milyard 356 milyon dollar, Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatın isə 2 milyard 883 milyon dollar olduğunu nəzərə alsaq, Birləşmiş Ştatlar ilə bu sahədə əməkdaşlığımız heç də yüksək paya malik deyil.

Birləşmiş Ştatlara qeyri neft-qaz məhsulları ixracatımıza gəldikdə isə 2024-cü ildə dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinə 6 milyon 508 min dollarlıq polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, 593 min dollarlıq heyvan bağırsaqları, kisəcikləri və mədələri, təzə, soyudulmuş, dondurulmuş məhsullar, 410 min dollarlıq tropik və digər meyvələrin şirələri, 279 min dollarlıq nərə balıqlarının kürüsü, 242 min dollarlıq saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı, 177 min dollarlıq meyvələrdən cemlər, meyvə jelesi və mürəbbələr, meyvə püreləri və pastaları və digər məhsulları ixrac etmişik.

Göründüyü kimi, Azərbaycanın Birləşmiş Ştatlara qeyri neft-qaz ixracatı böyük məbləğdə olmasa da, mal qrupları üzrə şaxələnib. Deməli, Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-a ixracatına ciddi təsir göstərməsə də,  ümumi artım dinamikasına təsir edə bilər. Sözsüz, bütün hallarda yeni tarif yeni xərc deməkdir. Yəni Birləşmiş Ştatlara ümumi ixracatımızdakı artım faizinin azalacağı istisna deyil. Eyni zamanda, Birləşmiş Ştatlara göndərdiyimiz məhsullar daha çox spesifik olduğu üçün 10 faizlik tarif həmin məhsulların bazardakı mövqeyinə təsir göstərməyə bilər. Amma bütün hallarda, yeni tariflər dünya iqtisadiyyatında yeni mərhələnin başlanması demək olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar-fevral

Kolbasadan dəmir çıxdı - AQTA araşdırmağa başladı

Türkiyə limon ixracını dayandırdı

Sabahın havası: 31 dərəcə isti...

Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

Paytaxt bazarlarında qeyri-mövsümi meyvələrin QİYMƏTLƏRİ

Üç məhkəmə hakimi vəzifəsindən azad ediləcək

İran Azərbaycana səfir təyin edəcək

​AFB Bank-da yeni təyinat: Aslan Nəbiyev İdarə Heyəti sədrinin müşaviri oldu

​AFB Bank-da yeni təyinat: Aslan Nəbiyev İdarə Heyəti sədrinin müşaviri oldu

Sabiq direktor müavini məhkəmədən qaçdı

10 manatla qurulan şirkət 3 ildən sonra ləğv edilir

Metroda iki stansiya birləşdirilir - 200 metrlik tunel inşa ediləcək

Onlar dövlət hesabına istirahətə gedə bilər - Vaxtında müraciət etməlidirlər

Mənzildə qeydiyyatda olanları necə çıxarmaq olar? - AÇIQLAMA

Karyerasına müdir kimi başladı, sonra imtina etdi və... Seymur İlyasovdan KARYERA DƏRSİ - VİDEO MÜSAHİBƏ

Vahid Əhmədovun oğlu hakim təyin ediləcək

Vahid Əhmədovun oğlu hakim təyin ediləcək

Eldar Əzizov yeni müavinin yerinə təyinat etdi (FOTO)

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

Gözəllik salonlarında yoxlamalar başladı

Metroda böyük yenilik: Xətlər ayrılır, proses başladı

Miqrantların ən çox üz tutduqları Avropa ölkələri

Rusiyanın nəhəng dərman istehsalçısı Azərbaycan bazarından çıxır

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək - YENİLƏNİB

"Azercell" qiymətləri qaldırdı - 59 qəpik ödəməli olacağıq

"Azercell" qiymətləri qaldırdı - 59 qəpik ödəməli olacağıq

"Tesla"nın səhmləri 43% ucuzlaşıb - Şirkət dəyər itirir

Bank telefonla hansı məlumatı vətəndaşdan istəyə bilər? - AÇIQLAMA

Bu BOKT-un müşahidə şurasının tərkibi təyin ediləcək

Bu peşə sahibləri həftədə 3 gün işləyəcək - Bill Qeyts açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin