BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
67870

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü tədris ili üzrə məzunları diplom ala bilmirlər.

Bu barədə Musavat.com-a müraciət edən məzunlar bildiriblər ki, nə universitet rəhbərliyi, nə də Təhsil Nazirliyi (ETN) bu məsələyə aydınlıq gətirmir.

Onların sözlərinə görə, hər dəfə onlara "bu gün-sabah veriləcək" deyilərək gözlədilir, amma nəticə yoxdur. Bu müddət ərzində bəziləri iş tapa bilmir, bəziləri isə hərbi xidmətə çağırıldığı üçün 1 il 6 ay xidmət etmə riski ilə üzləşir.

Tələbələr bildirir ki, onlar bütün dərslərdə və imtahanlarda iştirak ediblər, yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçiblər. Diplom almağa tam hüquqları var. Lakin nədənsə, bu hüquqları təmin olunmur.

“Bu qədər insanın həyatına təsir edən bir problemin nə üçün həll olunmadığı anlaşılmazdır. Diplomların gecikməsinin səbəbi nədir? Bu, sənədləşmə ilə bağlı problemdir, yoxsa başqa bir inzibati maneə var? Əgər hüquqi bir problem mövcuddursa, niyə bu barədə ictimaiyyətə açıq məlumat verilmir? Təhsil Nazirliyi bu məsələyə dərhal aydınlıq gətirməli və diplomların nə vaxt veriləcəyi ilə bağlı konkret tarix açıqlamalıdır”.

Məsələ ilə əlaqədar UNEC-in mətbuat katibi Elnarə Məmmədova bildirib ki, Elm və Təhsil Nazirliyindən diplom blanklarının təqdim olunmasını gözləyirlər: ” Rusiya vətəndaşlarına diplomlar artıq verilib. Digər məzunlara da blanklar Elm və Təhsil Nazirliyi tərəfindən veriləndən sonra təqdim olunacaq”.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) bildirilib ki, agentlik tərəfindən tələbənin qəbulu, təhsil prosesi və digər məsələlər araşdırılır və qeyd olunan məqamlar qanunvericiliyin tələblərinə uyğun olduğu halda diplom blankları təqdim olunur:

“Qanunvericiliyin tələblərinə uyğun olmayan hallar aşkar olunduğu və Elm və Təhsil Nazirliyi tərəfindən müsbət rəy verilmədiyi hallarda diplom blanklarının təqdim olunması mümkün deyildir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Sabiq məmur övladlarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Aprelin pensiyası bu tarixdə ödəniləcək - RƏSMİ

Bank, yoxsa BOKT: Hansı daha sərfəlidir?

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin