
Amerikalı nazir dünyanı təhdid etdi: "Bizə cavab verməyin..."
ABŞ-ın maliyyə naziri (Xəzinədarlıq) Skott Bessent ölkələrə tariflərə qarşılıq verməmələrini tövsiyə edib.
ABŞ maliyə naziri (Xəzinədarlıq) Skott Bessent ölkələrin qarşılıqlı tariflər tətbiq etməmələrinin vacib olduğunu bildirərək, əks halda daha yüksək gömrük rüsumlarının qüvvəyə minə biləcəyini qeyd edib.
Valyuta.az xəbər verir ki, Bessent "Bloomberg"ə müsahibəsində ABŞ prezidenti Donald Trampın elan etdiyi qarşılıqlı tariflər barədə açıqlamalar verib.
Ölkələrə təlaşa düşməməyi məsləhət görən Bessent deyib: "Mən olsam, cavab verməməyə çalışardım, çünki əgər cavab verməsəniz, bu tariflər yuxarı hədd olaraq qalacaq"
Nazir bazarların, əgər tariflərə qarşılıq verilməsə, bu rüsumların sabit qalacağına əmin ola biləcəyini vurğulayıb. Bessent bəzi ölkələrin tariflərlə bağlı müzakirələr aparmaq üçün əlaqə saxladıqlarını, lakin son qərarın prezident Trampa məxsus olduğunu qeyd edib.
O, Çinin fentanil böhranının həllini tariflərin ləğvindən asılı hala gətirdiyini iddia etdiyini bildirərək, bu yanaşmanın düzgün olmadığını deyib.
Bessent "Fox News" kanalına verdiyi müsahibədə də oxşar fikirlər səsləndirib: "Hazırda bütün ölkələrə tövsiyəm odur ki, cavab verməsinlər. Gözləyək görək nə baş verəcək, çünki əks halda gərginlik artacaq".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay