
ABŞ-da yeni qərar: Şəxsi təyyarə sahibləri qeydiyyat məlumatlarını gizlədə biləcək
Son illərdə iqlim dəyişikliyi ilə bağlı ekoloji çağırışları ilə gündəmə gələn bir çox məşhur, özəl təyyarə istifadələri səbəbilə tənqid hədəfinə çevrilir. Müğənnilər, idmançılar, siyasətçilər və iş adamları tez-tez şəxsi təyyarələrdən istifadə edərək yüksək karbon emissiyalarına səbəb olmaqda günahlandırılır.
Bundan əvvəl xüsusi təyyarələrin hərəkət marşrutları və istifadəçiləri barədə məlumatlar açıq şəkildə internet üzərindən əldə edilə bilirdi. Lakin ABŞ Federal Aviasiya İdarəsinin (FAA) yeni qərarı ilə bu durum dəyişir.
Valyuta.az xəbər verir ki, FAA-nın yenilənmiş siyasəti şəxsi təyyarə sahiblərinə qeydiyyat məlumatlarını gizlətmə imkanı verir. Yeni qaydalara əsasən, təyyarə sahibləri FAA-nın Sivil Aviasiya Qeydiyyat Elektron Xidməti (CARES) vasitəsilə ad və ünvan kimi məlumatlarının ictimaiyyətə açıq olmamasını tələb edə biləcək. Əlavə olaraq, FAA uçuş operatorlarının və təyyarə sahiblərinin fərdi məlumatlarını avtomatik olaraq gizlətmək variantını da nəzərdən keçirir.
Bu dəyişiklik sayəsində gündəlik olaraq xüsusi təyyarələrlə səyahət edən və yüksək yanacaq sərf edən məşhurların ətraf mühitin qorunması ilə bağlı ritorikası daha az mübahisəyə səbəb ola bilər. Lakin bu qaydalar, eyni zamanda, onların ekoloji məsuliyyət daşıyıb-daşımadıqlarını yoxlamağı çətinləşdirəcək.
FAA-nın bu qərarı, xüsusi təyyarə sahiblərinin məxfiliyini artırmaqla yanaşı, onların ekoloji təsirlərinin izlənməsini də çətinləşdirəcək. Məşhurların və iş adamlarının karbon emissiyaları ilə bağlı tənqidlərdən yayınmasına kömək edə biləcək bu dəyişiklik, şəffaflıq və hesabatlılıq məsələlərində suallar doğurur.
Xüsusi təyyarə istifadəsinin iqlim dəyişikliyinə təsiri nəzərə alındıqda, bu tənzimləmənin sosial nəticələri diqqətlə izlənməyə davam edəcək.
Paşa Məmmədl
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay