
"Google" uşaqlar üçün "Gemini" neyron şəbəkə versiyasını təqdim edəcək
"Google" şirkətin "Android" tətbiqinin kodundakı istinadlara əsasən, "Gemini" süni intellektinin uşaqlar üçün uyğun versiyasını buraxmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə "Android Authority" portalı məlumat yayıb.
"Gemeni"nin xüsusi versiyasının uşaqlara öz smartfonlarında neyron şəbəkələri ilə əlaqə saxlamağa imkan verməsi gözlənilir. Uşaqlar hekayələr yaratmaq, təhsil problemlərinin həllinə kömək etmək, inkişaf və öyrənməni dəstəkləmək üçün neyron şəbəkədən istifadə edə biləcəklər.
Eyni zamanda, uşaq istifadəçilər üçün daha sərt senzura tədbirləri nəzərdə tutulur. Bundan əlavə, sistem elə konfiqurasiya ediləcək ki, istifadəçi məzmunu internetə məruz qalmasın.
Hazırda "Gemini" çatbotu artıq daha gənc auditoriya üçün tapşırıqları yerinə yetirmək iqtidarındadır, lakin onun uyğunlaşdırılmış versiyası əlavə məhdudiyyətlər və qorunma təklif edəcək. "Google" hesabı uşağa məxsus olarsa, yeni rejim çox güman ki, avtomatik aktivləşdiriləcək.
Şirkətin yaxın gələcəkdə "Android "smartfonlarında standart səs köməkçisi olan "Google Assistant"dan "Gemini"nin xeyrinə imtina etməyi planlaşdırdığı da şayiələr var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay