
02.04.2025 / 11:55
Bu MMC-nin tenderi ləğv olundu
67800
"Əsasli Tikinti və Təchizat" MMC-nin tenderi təğv olunub.
Valyuta.az xəbər verir ki, ləğv olunan tender Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin əsaslı təmiri işlərinin satın alınması ilə bağlı olub.
Ləğv olunma səbəbi kimi təqdim olunan təkliflərdən heç birinin, şərtlər toplusunun tələblərinə uyğun olmaması göstərilib. Xatırladaq ki, bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 288 min 908 manat idi.
Qeyd edək ki, "Əsasli Tikinti və Təchizat" MMC 2023-cü ilin mart ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan bu MMC-nin qanuni təmsilçisi Vəliyev Rafiq Mustafa oğludur.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay