
02.04.2025 / 09:03
ABŞ-yə viza almaq istəyənlərin nəzərinə!
67784
ABŞ dövlət katibi Marko Rubionun xarici nümayəndəliklərə ABŞ-yə viza üçün müraciət edən şəxslərin sosial media hesablarını yoxlamağı tapşırdığı bildirilir.
Bu barədə “New York Times” məlumat yayıb.
Bildirilib ki, buna səbəb həmin şəxslərin Fələstin tərəfdarı olub-olmadığını müəyyən etmək üçündür.
Məlumata görə Rubio ABŞ-nin xarici nümayəndəliklərinin əməkdaşlarına tələbə və digər vizalarla bağlı müraciət edən, ABŞ və İsraili tənqid edən şəxslərin ölkəyə girişinin qarşısını almaq məqsədilə sosial media hesablarını nəzərdən keçirməyi tapşırıb.
Qeyd edək ki, Rubio 300-dən çox əcnəbi tələbənin vizalarını ləğv etdiklərini açıqlamışdı.
©qafqazinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay