
Azərbaycan-MDB ticarət əlaqələrində yarım milyardlıq kəsir
2025-ci ilin yanvar ayında Azərbaycan MDB ölkələrindən toplamda 436 mln. 219,4 min ABŞ dolları (741 mln. 572,98 min manat) həcmində idxal həyata keçirib.
Valyuta.Az xəbər verir ki, bu göstərici sözügedən dövrdə bu ölkələrə edilən ixracın ümumi dəyərindən təxminən 3.6 dəfə çoxdu.
Qeyd edək ki, cari ilin ilk ayında MDB ölkələrinə Azərbaycandan toplamda 120 mln. 234,9 min dollar (204 mln. 428,47 min manat) dəyərində məhsul ixrac olunub.
Bütün MDB dövlətləri ilə (Tacikistan və Ukrayna istisna olmaqla) aparılan ticarət dövriyyəsində mənfi saldo qeydə alınıb.
Ən böyük mənfi saldo Rusiya, Belarus və Türkmənistanla aparılan ticarət dövriyyəsində qeydə alınıb. Belə ki, həmin dövrdə Rusiyadan 330 mln. 667,3 min dollar (562 mln. 524,41 min manat), Belarusdan 28 mln. 467 min dollar (48 mln. 428,9 min manat), Türkmənistandan isə 23 mln. 348,1 min dollar (39 mln. 717,77 min manat) dəyərində mal idxal olunub. Bu dövlətlərə ixrac edilən məhsulların ümumi dəyəri isə müvafiq olaraq 81 mln. 145,8 min dollar (137 mln. 964,21 min manat), 4 mln. 723,4 min dollar (8 mln. 32,82 min manat) və 3 mln. 4,5 min dollar (5 mln. 110,66 min manat) olub.
Beləliklə, Rusiya ilə 249 mln. 521,5 min dollar (424 mln. 560,2 min manat), Belarus ilə 23 mln. 743,6 min dollar (40 mln. 396,08 min manat), Türkmənistanla isə 20 mln. 343,6 min dollar (34 mln. 607,11 min manat) mənfi ticarət saldosu qeydə alınıb.
Digər dövlətlərə gəlincə, Qazaxıstan ilə 13 mln. 305 min dollar (22 mln. 618,48 min manat), Özbəkistanla 9 mln. 353,4 min dollar (15 mln. 901,1 min manat), Qırğızıstanla 639,2 min dollar (1 mln. 86,56 min manat), Moldova ilə 204,1 min dollar (346,89 min manat) mənfi ticarət saldosu qeydə alınıb.
Tacikistan və Ukrayna ilə ticarətdə isə müvafiq olaraq 49,9 min dollar (84,84 min manat) və 1 mln. 76 min dollar (1 mln. 829,92 min manat) müsbət saldo yaranıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayı ilə müqayisədə Azərbaycanın MDB dövlətlərindən idxalı 35,9 % artıb. İxracda isə 19,4 % artım müşahidə olunub.
Qazaxıstan, Özbəkistan və Rusiyadan idxal ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35,1 %, 9,8 % və 74,7 % artıb.
Belarus, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Ukraynadan həyata keçirilən idxalda isə müvafiq olaraq 41,6 %, 21,6 %, 13,1 %, 51,8 %, 21,5 % və 22 % azalma müşahidə olunub.
MDB dövlətləri arasında Azərbaycandan məhsul idxalını ən çox artıran ölkələr isə Ukrayna, Belarus və Qazaxıstan olub. Belə ki, Ukrayna Azərbaycandan idxalı 233,4 %, Belarus 96 %, Qazaxıstan isə 67 % artırıb. Özbəkistan və Rusiya da ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan idxalı müvafiq olaraq 31,4 % və 7,3 % artırıb.
Azərbaycan idxalı azaldan ölkələrin siyahısına isə Qırğızıstan başçılıq edir. Belə ki, Azərbaycandan bu ölkəyə məhsul ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 98,5 % azalıb.
Toplamda isə Azərbaycanın yanvar ayında MDB dövlətləri ilə apardığı ticarət dövriyyəsində 315 mln. 984,5 min dollar (537 mln. 534,81 min manat) mənfi ticarət saldosu yaranıb.
Son 5 ilin statistik nəticələrinə əsasən, 2020, 2022, 2023 və 2024-cü illərin eyni dövründə də bu ölkələrdə ticarətdə mənfi saldo qeydə alınıb. Belə ki, 2020-ci ilin yanvar ayında 51 mln. 168.2 min dollar (86 mln. 985.9 min manat), 2022-ci ilin yanvar ayında 35 mln. 844.1 min dollar (60 mln. 934.9 min manat), 2023-cü ilin yanvar ayında 321 mln. 365.4 min dollar (546 mln. 320.2 min manat), 2024-cü ilin yanvar ayında isə 220 mln. 377.3 min dollar (374 mln. 641.4 min manat) mənfi saldo yaranıb.
2021-ci ilin yanvar ayında isə MDB dövlətləri ilə Azərbaycanın apardığı ticarət dövriyyəsində 3 mln. 76.5 min dollar (5 mln. 230 min manat) həcmində müsbət saldo qeydə alınıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay