BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
67781

İnnovasiya dünyasında uğur qazanmaq yalnız yeni ideyalar yaratmaqdan ibarət deyil, həm də bu ideyaları gerçəkləşdirmək üçün uğursuzluqlara sinə gərməkdən keçir. Məşhur ingilis ixtiraçısı və sahibkar Ceyms Dayson (James Dyson), öz yaradıcı yanaşması və əzmkarlığı ilə texnologiya sahəsində inqilab etmiş şəxsiyyətlərdən biridir. O, torbasız siklon texnologiyalı elektrik süpürgəsini icad edərək, bu sahədə standartları dəyişdirərək adını tarixinə yazdırdı. 

Daysonun bu uğura gedən yolu sınaqlarla dolu 15 ildən keçib. 

Lakin o, uğursuzluqları bir maneə deyil, əksinə, uğura aparan əsas pillələrdən biri kimi görürdü.

Bəs onun uğurunun sirri nə idi?

Valyuta.az Daysonun bu yolda keçdiyi çətin yolunu, onun innovativ yanaşmasını və uğursuzluqlara baxmayaraq qazandığı uğurları təqdim edir:

Ceyms Daysonun həyatı

Ceyms Dayson 2 may 1947-ci ildə İngiltərənin Kromer şəhərində anadan olub.

O, torbasız siklon texnologiyalı elektrik süpürgə (Dayson Dual Cyclone) ixtirası ilə adını tarixə yazdırdı. Daysonun bu ixtirası təkcə elektrik süpürgəsi istehsalında inqilabi dəyişikliklər yaratmaqla kifayətlənməmiş, eyni zamanda dünya miqyasında digər cihazların inkişafına da ciddi təsir göstərmişdir.

O, eyni zamanda uzun məsafə qaçışı ilə məşğul olan bir idmançıdır. Dayson əzmkarlığını və qərarlılığını idmançı keçmişinə borclu olduğunu söyləyir. Bir il boyunca Byam Shaw İncəsənət Məktəbində təhsil almış, sonra isə 1966-1970-ci illər arasında Royal College of Art (Krallıq İncəsənət Kolleci)-ndə mebel və interyer dizaynı üzrə təhsil alıb. 

Bəs siklon texnologiyası nədir və necə işləyir?

Siklon texnologiyası elektrik süpürgəsinin içərisinə daxil olan havanı yüksək sürətlə döndərərək, mərkəzdənqaçma qüvvəsi vasitəsilə tozu ayrışdırmaq prinsipinə əsaslanırdı. Yəni bu, hava və tozu ayıran bir filtrasiya sistemi idi.

Daysonun ixtiraları və uğurları

Daysonun torbasız və daha yüksək sorma gücünə malik elektrik süpürgəsi yaratmaq üçün ilk cəhdi , “Hoover Junior” modeli böyük bir uğursuzluq qazandı.  Çünki süpürgənin sorma gücü hər istifadədən sonra zəifləyir və cihaz tez-tez tıxanırdı. Bir neçə prototip yaratdıqdan sonra, nəhayət, 1983-cü ildə "G-Force" modelini ortaya çıxardı. Lakin heç bir istehsalçı və distribyutor onun fikrinə dəstək vermədi. Bu səbəbdən, Dayson məhsulunu Yaponiyada bazara çıxarmaq qərarına gəldi.

"G-Force" modeli çəhrayı rəngdə istehsal olunub və 2000 funt sterlinqə satıldı. Bu model Yaponiyada Beynəlxalq Dizayn Sərgisi mükafatını qazandı. Dayson bu texnologiya üçün 1986-cı ildə patent almağı bacardı. Lakin böyük istehsalçılardan müsbət cavab almadığı üçün İngiltərədə öz istehsalat şirkətini qurmağa qərar verdi.

Daysonun ilk reklam kampaniyası "Torba ilə vidalaş" şüarı ilə yayımlanan televiziya reklamı oldu. Bu şüar, məhsulun yüksək sorma gücündən daha çox diqqət çəkdi. Ancaq Dayson üçün əsas olan onun icadının tanınması idi və bu, qısa müddət ərzində baş verdi. "Dayson Dual Cyclone" modeli İngiltərədə ən çox satılan elektrik süpürgəsi oldu.

2002-ci ildə eyni məhsulu ABŞ bazarına çıxaran Dayson, cəmi üç il ərzində bazarın 20%-nə sahib oldu.

Dayson-un uğurundan sonra digər şirkətlər də siklon texnologiyalı elektrik süpürgələri satmağa başladılar. Lakin Dayson bu texnologiyanı patentləşdirdiyi üçün “Hoover UK” şirkətinə qarşı məhkəmə iddiası qaldırdı və 5 milyon funt sterlinq qazandı.

Dayson elektrik süpürgələrinin inkişafını davam etdirdi, müxtəlif yenilik etdi və məhsul çeşidini genişləndirdi. Məsələn:

- "Dayson Ball" modeli daha manevr qabiliyyətli süpürgə idi.
- 2006-cı ildə "Dayson Airblade" adlı ictimai yerlərdə istifadə üçün əl qurutma qurğusu təqdim olundu.
- 2009-cu ildə "Air Multiplier" (pervanəsiz fan) icad edildi və bu, fan sənayesində 125 ildən bəri edilən ilk böyük yenilik hesab olundu.
- "ContraRotator" çamaşır maşını ticari uğur qazanmasa da, Dayson-un innovasiya yolundakı davamlılığını göstərdi.

Ceyms Daysonun mükafatları və nailiyyətləri

- 1997-ci ildə "Şahzadə Filipp Dizayner Mükafatı"na layiq görüldü.
- 2000-ci ildə "Lord Kilgerran Mükafatı" ilə təltif olundu.
- Eyni il Bath Universiteti ona mühəndislik üzrə fəxri doktor dərəcəsi verdi.
- 2005-ci ildə Krallıq Mühəndislik Akademiyasının üzvü seçildi.
- 2007-ci ildə Kraliça tərəfindən "Şövalyə" rütbəsi ilə təltif olundu.
- 2011-ci ildən etibarən Royal College of Art-ın baş direktoru kimi fəaliyyət göstərir.

Ceyms Dayson üçün uğursuzluq niyə uğurun açarıdır?

İngilis dizayner və Dayson şirkətinin qurucusu Ceyms Dayson uğursuzluğun gücünə ürəkdən inanırdı. Onun fikrincə, uğursuzluq həqiqi innovasiyalara aparan ilk addımdır.

Dayson 1993-cü ildə mağazalara çıxan ilk siklon sistemli süpürgəni icad etmək üçün tam 15 il vaxt sərf etmişdi. Bu müddət ərzində tam 5.126 dəfə uğursuzluqla qarşılaşmışdı.

Lakin nəticədə milyardlarla dollar dəyərində olan bir şirkətə sahib oldu.

Dayson-un uğursuzluq və uğur barədə fikirləri:

Uğursuzluq sizə nə qazandırdı?

Uğursuzluq maraqlı bir şeydir – irəliləmənin bir hissəsidir. Uğurdan heç vaxt bir şey öyrənə bilməzsiniz, ancaq uğursuzluq sizə çox şey öyrədər. Mənim ilk siklon texnologiyalı süpürgəm sadə bir ideyaya əsaslanırdı. Lakin hər uğursuzluq mənim üçün yeni bir şey öyrənmək imkanı yaratdı.

Uğursuzluq bizi ruhdan salmamalıdır?

Biz uğursuzluğu qəbul etməli və ondan həzz almalı, problemləri həll etmək üçün istifadə etməliyik. Həyat bir sıra problemlərdən ibarətdir və mən bu həqiqəti sevirəm.

Uğursuzluq yaradıcılığı stimullaşdırır

Əgər bir işi ilk dəfə uğurla edirsinizsə, yaradıcı olmağa ehtiyac qalmır. Yaradıcı olmaq o deməkdir ki, əvvəllər mövcud olmayan və həll edilməmiş problemləri həll edirsiniz.

Uğursuzluqdan sonra növbəti addımınız nə olur?

Adətən axmaq və səhv görünən bir şey düşünürəm. Lakin bu, yeni baxış bucağı qazandırır.

Çalışanlarınızı risk almağa necə təşviq edirsiniz

Mən uğursuzluqdan qorxmayan insanlarla işləyirəm. İşin sirri, məğlub olsanız belə yenidən cəhd etmək istəyində olmaqdır."

Yeni sahibkarlara nə məsləhət verirsiniz?

Fərqli olmaq istəyirsinizsə, müxalif fikirlərlə üzləşməyə hazır olun. Böyük şirkətlər risk almaq istəmir, bu isə sizin üçün bir fürsətdir.

Davud / Valyuta.Az / SƏHƏR OXUSU

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkədəki ödəniş kartlarının sayı 20 milyonu ötüb

Ən ucuz elektromobillər hansı ölkədən gətirilib? - 3 mindən 600 minə..

Qeyri-neft sektoru ixracda neft-qaz sektorundan 8.8 dəfə geridədir

Əbülfəs Qarayev ötən il Rusiyada balıq biznesindən 147 milyon rubl gəlir əldə edib

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Britaniya nəhəngi ABŞ-yə ixracı dayandırır

Turizm Agentliyinin “hökm”ü hazırlanır

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin