
01.04.2025 / 21:01
Bu şirkətin 2,3 milyon manat vergi borcu var
67775
Azərbaycanda tikinti sektorunda fəaliyyət göstərən “Topxana Layihə İnşaat” şirkətin külli miqdarda vergi borcu yaranıb.
Valyuta.az xəbər verir ki, şirkətiun hazırda vergi borcu 2 329 414,59 manat təşkil edir.
"Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.
Şirkət 2023-2024-cü illərdə 45 tenderin qalibi seçilib. 2024-cü ilin noyabr ayından şirkətin tenderlərdə iştirakına qadağa qoyulub. Səbəb “Topxana Layihə İnşaat” MMC-nin etibarsız təchizatçı olması olə bağlıdır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay