BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
67760

Audiovizual Şura “KANAL S”-in yayımının 24 saatlıq dayandırılması haqqında qərar qəbul edib.

Valyuta.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, aprelin 1-də Azərbaycan Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "Kanal S" televiziya kanalında yayımlanan "özün bitdiyi an" proqramının martın28-də saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.

"İlk olaraq qeyd olunan məsələ ilə bağlı monitorinq arayışı və müvafiq hüquqi rəy nəzərdən keçirilib, Şura üzvləri öz fikirlərini bildirmişlər. Müzakirələrdən sonra proqramda "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinmişdir. Aparıcı tərəfindən səslənən fikirlərin etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud pozulması faktı olduğu bildirilmişdir.

Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq "Kanal S" televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 06.00-dan 05 aprel 2025-ci tarixdə saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunmuşdur. Həmçinin "Kanal S" MMC-nin rəhbərliyindən aparıcıların "Media haqqında" Qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunmuşdur.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Qanun ilə ona verilmiş səlahiyyətlər çərçivəsində televiziya və radio yayımında qanunvericiliyə riayət olunması və media azadlığının təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirir. Bir sıra sosial şəbəkə istifadəçiləri Audiovizual Şuraya müraciət edərək bəzi televiziya proqramlarının bağlanmasını, hər hansı televiziya kanalının aparıcısının işdən azad olunmasını və ya efirdən uzaqlaşdırılmasını tələb edirlər.

Bildiririk ki, Azərbaycan Respublikasında mediada senzura qadağandır, heç bir fiziki və ya hüquqi şəxs, qurum və ya dövlət orqanı media azadlığına müdaxilə edə bilməz. Proqramların hazırlanması və yayımlanması mövcud qanunvericilik çərçivəsində, kənardan heç bir müdaxilə olmadan məhz həmin yayımçı tərəfindən həyata keçirilir. Yalnız qanuni tələblərin pozulması halında (bu pozuntuya aparıcı, ekspert və ya qonaq tərəfindən yol verilməsindən asılı olmayaraq) məhz həmin yayımçıya qarşı qanunla müəyyən olunmuş inzibati tənbeh tədbirləri tətbiq oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda bu əraziyə pulsuz giriş qadağan edildi

"CFI Financial İnvestisiya Şirkəti"nə böyük maya qoyulsa da, sələfinə çata bilmir - 209 milyonluq azalma

Ermənistan Araz çayını çirkləndirir - Prezident

"Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq"- Prezident

Bir gündə vətəndaşların 87 min manatını taladılar

Metronun "28 May" stansiyası bu tarixdə bağlanır

“Brent”də 4 ilin ən kəskin geriləməsi: Qiymət 60 dollar həddində

Kərpic zavodunun direktoru cəzalandırıldı

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir

ADB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb

İncə göstərən güzgülər mağazalara milyonları necə qazandırır?

Neftimizin qiyməti 68 dollardan aşağı düşüb

Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətə satılır?

Qroznı hava limanı uçuşları dayandırdı

Avro və rubl bahalaşdı, dollar sabit qaldı

"Bitcoin" 76 dollara düşdü - Kriptovalyuta bazarının son göstəriciləri

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin