
"Olmazsa olmaz"la "olsa yaxşı olar"ı ayırmaq - Sahibkarlardan məsləhətlər
Böyük beyinlər sağlam iş-həyat balansının vacibliyini vurğulayaraq onun fiziki, psixoloji və sosial faydalarından bəhs edirlər. Lakin icazə götürmək, həftədə üç dəfə idman zalına getmək və meditasiya etmək məşğul bir sahibkar üçün çətin görünə bilər.
Valyuta.az sahibkarların tükənmişliyin qarşısını almaq üçün zaman və enerjilərini necə tarazlaşdıra biləcəkləri barədə bəzi məsləhətlərini təqdim edir.
Əsas odur ki, sizə uyğun olan metodu tapın. Ola bilsin ki, hər səhər saat 5-də oyanıb kardio etmək əvəzinə, zehni sağlamlığınızı qoruyacaq həftəlik bir pilates dərsi daha effektivdir. Və ya meditasiya seansındansa, dostlarınızla vaxt keçirmək sizə daha çox fayda verə bilər.
Gün ərzində fasilələr planlaşdırın
Deyirlər ki, oturmaq “səssiz qatil”dir - hərəkətsiz həyat tərzi sağlamlığımız üçün bir çox risk yaradır. Daimi idman hədəf olsa da, gün ərzində arada dayanıb dartınmaq bu riskləri azaltmağa kömək edə bilər.
Sağlamlıq mütəxəssisləri hər saat işlədikdən sonra 5-10 dəqiqəlik fasilə etməyi tövsiyə edirlər. Ayağa qalxın, gəzin, duruşunuzu dəyişin və s. Bundan əlavə, bel, boyun və əllər üçün dartınma hərəkətlərini gündəlik vərdişinizə çevirmək də faydalıdır.
Kompyuter istifadəçilərinin qarşılaşdığı başqa bir yayğın problem isə göz yorğunluğudur. Bunun qarşısını almaq üçün 20-20-20 qaydasını tətbiq edin. Göz yorğunluğunu azaltmaq, zehni rahatlığı artırmaq və yuxu rejiminizi yaxşılaşdırmaq üçün mavi işıq filtri olan eynəklərdən istifadə edin.
Bu kiçik, lakin əhəmiyyətli dəyişikliklər gün ərzində verdiyiniz qısa fasilələri maksimum dərəcədə faydalı etməyə, fiziki və ruhi sağlamlığınızı gücləndirməyə və gələcəkdə duruş, əzələ və göz problemlərinin qarşısını almağa kömək edəcək.
İcazə günlərinizdə işi düşünməyin
İcazə götürdüyünüz zaman tamamilə “şəbəkədən çıxırsınızmı?” Ofisdən kənarda olduğunuz günlərdə həm beyninizə, həm də noutbukunuzdan uzaq qalmaq vacibdir. Bu, Slack mesajlarına baxmamaq, e-poçtlara cavab verməmək və təlaş içində olan müştəri zənglərinə cavab verməmək deməkdir (tamamilə zəruri olmadığı halda).
Özünüzü məzuniyyətdən məhrum etməyin. İşinizin strukturu və imkanlarınız icazə verirsə, həqiqi bir tətil planlaşdırın, bildirişlərinizi bağlayın və işləri başqa bir günə təxirə salmaq üçün özünüzə icazə verin. Çox güman ki, geri qayıtdıqda hər şey qaydasında olacaq.
“Olmazsa olmaz”larla “olsa yaxşı olar”ları ayırd edin
Əksər sahibkarlar yaradıcı düşünən insanlardır. Biz “böyük ideyalı” insanlarıq. Bu isə bizi yeni fikirlərə həddən artıq diqqət yetirməyə və əsas prioritetlərimizdən uzaqlaşmağa meyilli edir.
Bu “əla olardı” fikirlərinin ardınca getmək nəticə etibarilə həddindən artıq yüklənməyə, itirilmiş investisiyalara və tükənmişliyə səbəb ola bilər. Əsas prioritetlərimizə və məqsədlərimizə aydınlıq gətirmədən yeni fikirlərin ardınca düşdükdə, planlama və istirahət üçün yerimiz azalır.
Sizi ruhlandıran fəaliyyətləri tapın
İş-həyat balansı haqqında bir çox tövsiyə sizi maraqlandıran sahələrlə uyğun gəlməyə bilər. Məsələn, soyuq suya girməyi, səhər meditasiya etməyi və ya yoqa etmək və.s.
Rutininizi balanslaşdırmağın açarı sizi nəyin ruhlandırdığını tapmaqdır. Bəlkə bu, səhər gəzintiləri, itinizlə oynamaq, idman meydançasında vaxt keçirmək və ya dostlarla xoş vaxt keçirməkdir. Fiziki, sosial və emosional sağlamlığınızı ən yaxşı dəstəkləyən fəaliyyətləri müəyyənləşdirin və onlara yer ayırın.
Tükənmişliyin erkən əlamətlərini tanıyın
Tükənmişlik gözlənilməz bir anda sizi tapa bilər. Bir ay ərzində enerjiniz yüksək ola bilər, amma birdən-birə divanda oturub heç nə etməmək istəyə bilərsiniz. Əsas məqsəd bunun baş verməsinə imkan verməməkdir. Bunun üçün isə tükənmişliyin erkən əlamətlərini tanımaq lazımdır.
Bu, fərqli insanlarda müxtəlif cür özünü göstərə bilər. Amma ümumiyyətlə tükənmişliyin əlamətləri arasında davamlı yorğunluq (istirahətlə düzəlməyən), diqqət və motivasiya itkisi, əsəbilik və həddindən artıq yüklənmə hissi, sosial münasibətlərdən uzaqlaşma və izaholunmaz sağlamlıq problemləri yer alır. Əgər özünüzü qəribə hiss edirsiniz və bunun səbəbini bilmirsinizsə, tükənmişlik artıq yaxınlaşmış ola bilər.
Yaxşı xəbər odur ki, bu əlamətləri erkən müəyyən etsəniz, nəticələri minimuma endirə bilərsiniz. İş qrafikinizi azaltmaq, daha çox fasilə vermək, dostlarınıza dərdlərinizi bölüşmək və ya tətil planlaşdırmaq lazım ola bilər. Enerjinizi məcburən xərcləmək əvəzinə, özünüzü qorumağa diqqət edin - tükənmişliyin psixoloji və fiziki təsirləri xoşagələn deyil.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay