
"Apple"dan yeni addım - Şəxsi həkiminiz yanınızdan ayrılmayacaq
"Apple" şirkəti "Sağlamlıq" tətbiqinə süni intellekt dəstəyi ilə çalışan sağlamlıq məsləhətçisini əlavə etməyə hazırlaşır.
Valyuta.az xəbər verir ki, "Apple" "Project Mulberry" kod adlı yeni "Sağlamlıq" tətbiqi üzərində işləyir. Bu yenilənmiş versiya daxilində yerləşdirilmiş süni intellekt həkimi vasitəsilə istifadəçilərin sağlamlıq məlumatlarını analiz edəcək, tövsiyələr verəcək və fərdi sağlamlıq məsləhətçisi kimi fəaliyyət göstərəcək.
Yeni tətbiqin real həkimlərdən alınan təlim videoları ilə dəstəklənəcəyi və bununla da istifadəçilərin sağlamlıq sahəsində maarifləndirilməsinin təmin ediləcəyi bildirilir. Bundan əlavə, qida izlənməsinə xüsusi diqqət yetiriləcək və telefon kamerası vasitəsilə məşq hərəkətləri üçün forma düzəlişinə dair tövsiyələr veriləcək.
Məlumata görə, "Sağlamlıq+" adlandırılan bu inkişaf etmiş xidmətin “iOS 19.4” əməliyyat sistemi ilə birlikdə yaz və ya yay aylarında istifadəyə verilməsi gözlənilir.
Eyni zamanda "Apple"ın bu layihəni dəstəkləmək üçün həkimlərdən ibarət komanda formalaşdırdığı və hətta məzmun istehsalı üçün bir studiya açmağı planlaşdırdığı da əldə edilən məlumatlar arasındadır. Bundan əlavə, şirkətin tətbiqin siması olacaq məşhur bir həkim axtarışında olduğu deyilir.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay